Lavrov Türkiyə ilə Belarus arasında uğursuz müqayisə aparıb
Yusif Nəzərli
10:46 11.11.2021
Siyasət
371
Yaxın Şərqdən olan miqrantlar uzaq Belarusa məqsədyönlü şəkildə gətiriliblər
"Sergey Lavrov son mətbuat konfransında Türkiyə ilə Belarus arasında uğursuz müqayisə aparıb. O deyib ki, Avropa İttifaqı necə ki, miqrantlarla bağlı Türkiyəyə maliyyə ayırmışdı, eləcə də Brüssel zəhmət çəksin Belarusa maliyyə ayırsın. Birincisi, Suriyadan Türkiyəyə axın edən və oradan Avropaya miqrasiya etmək istəyənlərin sayı yüz minlərlə idi."
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Politoloq əlavə edib ki, Avropa İttifaqı Türkiyəyə maliyyə ayırmalıydı ki, Ankara miqrantları öz ərazisində saxlasın:
"Buna baxmayaraq, Brüssel Ankaraya vəd etdiyi maliyyənin cüzi hissəsini təqdim etdi. İkincisi, Türkiyəyə miqrantlar təbii yolla gəlmişdilər və Türkiyə üzərindən Yunanıstana, oradan da Almaniyaya və Böyük Britaniyaya köçmək istəyirdilər. Yaxın Şərqdən olan miqrantlar isə uzaq Belarusa məqsədyönlü şəkildə gətiriliblər. Bu, Moskva ilə Minskin birgə planı olub. Belarusdan Yaxın Şərqin bəzi ölkələrinə təyyarə reysləri artırılıb, miqrantlar Minskə gətirilib və sonra avtobuslarla Polşa sərhədinə çatdırılıblar.
Moskva və Minsk Brüsselin sanksiyalarına görə Avropa İttifaqına miqrant problemi yaratmaqla intiqam almağa çalışırlar.
Bir neçə min miqrant Belarus-Polşa sərhədinə ilişib. Soyuqdan donan miqrantlar siyasi alət vasitəsinə çevriliblər. Polşa sərhədi açmasa və miqrantlar qış aylarında ağır şəraitdə yaşamaqda davam etsələr, bu, Avropa İttifaqının imicinə zərbə vuracaq. Digər tərəfdən miqrantlar Polşaya keçə bilməsələr, bu, Belarusun problemini artıracaq, çünki miqrantlar Belarus ərazisində ilişib qalacaqlar və Minsk onları ərzaqla, qalacaq yerlərlə təmin etmək məcburiyyətində qalacaq. Əslində Avropa sərhəddəki bir neçə min miqrantı qəbul edə bilər, sadəcə, Brüsseldə qorxurlar ki, bundan sonra Belarusdan gələn axının qarşısını ala bilməsinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual