Lavrovdan şok: Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, bu şərtlə
Yusif Nəzərli
05:56 24.09.2023
Siyasət
590
Rusiya Kiyevin Müstəqillik Bəyannaməsində təsbit olunmuş bütün vədlərinin yerinə yetirilməsi şəraitində Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasında işin yekunlarına dair mətbuat konfransında deyib.
"Əlbəttə, hələ 1991-ci ildə biz Ukraynanın Sovet İttifaqından çıxarkən qəbul etdiyi Müstəqillik Bəyannaməsi əsasında Ukraynanın suverenliyini tanımışdıq. Bəyannamədə çoxlu yaxşı şeylər var, o cümlədən milli azlıqların hüququna hörmətlə yanaşacaqları, rus dilinin və digər dillərin hüquqlarına hörmət edəcəkləri - orada rus dili birbaşa qeyd olunur. Sonra bütün bunlar Ukrayna konstitusiyasına daxil edildi”, - nazir bildirib.
“Lakin Müstəqillik Bəyannaməsində bizim üçün əsas məqamlardan biri Ukraynanın bloklara qoşulmayan ölkə olması və heç bir hərbi ittifaqa girməyəcəyi idi”, - Lavrov əlavə edib.
Bununla bağlı Lavrov BMT Nizamnaməsi əsasında suveren dövlətlər arasında münasibətlərin prinsipləri haqqında Bəyannaməni xatırladıb:
“Və burada suverenlik və ərazi bütövlüyü haqqında deyilir - hər kəs xalqların öz müqəddəratını təyinetmə prinsipinə hörmət edən və buna görə müəyyən bir ərazidə yaşayan bütün əhalini təmsil edən ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə borcludur. Yəni hörmət görmək üçün öz əhalisinə hörmət etməlisən”.
“Bizim Ukraynanın ərazi bütövlüyü ilə bağlı heç bir problemimiz yoxdur, onu dövlət çevrilişini həyata keçirənlər və dəstəkləyənlər dağıdıblar, onların liderləri öz xalqlarına qarşı müharibə elan edib, öz xalqlarını bombalamağa başlayıblar”, - deyə rusiyalı nazir yekunlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq