“Le Monde”: Makron son dərəcə paranoyak olub
Yusif Nəzərli
18:19 22.12.2024
Siyasət
360
“Le Monde”: Makron son dərəcə paranoyak olub
Digər ölkələr
22 Dekabr , 2024 21:13
“Le Monde”: Makron son dərəcə paranoyak olub
Fransa prezidenti Emmanuel Makron fotolara görə qalmaqala düşən sələfi Fransua Ollandın taleyini təkrarlamamaq üçün həyatının bütün məqamlarını mümkün qədər gizli saxlamağa çalışır.
“Report” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazıb.
“Bu gün yaxın adamlarının ölkə Prezidentini təsvir etmək üçün işlətdiyi sözlər bunlardır – “Hiper qapalı”, “son dərəcə paranoyak”, “sirli”. 2014-cü ildə Fransua Ollandın Parisin 8-ci rayonunda skuter sürərkən aktrisa Julie Gayet ilə gizli görüşməyə hazırlaşdığı zaman o, birinci sırada idi. Yelisey sarayının baş katibinin müavini kimi Emmanuel Makron partlayışı içəridən izləyib. Onun öyrəndiyi dərs Fransua Ollandın diqqətli və ya kifayət qədər qorunmamasıdır”, - məqalədə vurğulanıb.
Makronun öz ətrafında məxfilik aurası yaratmaq ehtiyacını gücləndirən başqa bir hadisə, 2017-ci il seçki kampaniyası zamanı, o vaxt iddia edildiyi kimi, “rus hakerləri” tərəfindən komandasının e-poçt ünvanlarının sındırılması olub. Bundan sonra, seçki kampaniyasının qızğın vaxtında internetə 20 min e-poçt sızdırılıb. Bu, onun seçkidə qalib gəlməsinə mane olmasa da, sızıntının ardınca arvadı Bricit ilə münasibətinə edilən hücumlardan Makron çox əziyyət çəkib.
O vaxtdan bəri Yelisey sarayında həyat həmişəkindən daha qapalı olub. Ollandla qalmaqalı nəzərə alan Makron şəxsi şəxslərə səfərlərdən yayınmağa çalışır və bir qayda olaraq, ancaq Fransa paytaxtının VI, VII və XV rayonlarındakı adi restoranlarına gedir, orda həmişə zalın sonunda, arxası divara söykənərək, mühafizəçilərin əhatəsində yer seçir.
Üstəlik, hakimiyyətə gəldikdən sonra sızmasından ehtiyat edərək, hərəkətləri ilə bağlı məlumatların Daxili İşlər Nazirliyinə ötürülməsini məhdudlaşdırıb. Yelisey sarayında keçirilən qapalı görüşlərdə belə prezident lazımsız açıqlamalardan yayınır.
Bundan başqa, prezident administrasiyasının keçmiş və indiki əməkdaşları Makronu narahat edən araşdırmalar aparan media və ya jurnalistləri gözdən salmağa çalışırlar. “Le Monde” yazır ki, rəsmi şəxslər sosial şəbəkələrdə onlara qarşı mütəşəkkil kampaniyalar aparırlar.
Prezidentin imicini qoruyan onun ofisinin rəhbəri Patris Fordur (2024-cü ilin yanvarından) o, Makrona qarşı bütün şayiələr və təhdidlərə nəzarət etmək üçün müntəzəm olaraq prezidentin təhlükəsizlik departamentini toplayır.
Prezident isə mütəmadi olaraq onun və ya arvadı haqqında şayiələr yayan hər kəsi və ya məsələn, Marsel yaxınlığında tətildə olarkən onu izləyən paparassiləri məhkəməyə verməyə çalışır. Media materiallarının düzgün təqdimatına nəzarət 77 yaşlı Mişel Marçana həvalə edilib.
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi