
Makron hökuməti şər-böhtanlarını səngitməyib
03:41 09.08.2024
Siyasət
323
İrəvan dilə gətirə bilmədiyini qərbli dostları vasitəsilə gündəmə gətirir
"Fransa sakitləşmək bilmir. Makron hökuməti və fransız mediası Azərbaycana şər-böhtan atmaqda davam edirlər. Şübhəsiz, burada İrəvan hökumətinin xahişləri də öz rolunu oynayır". Bu barədə politoloq Abutalıb Səmədov deyib. Ekspertin sözlərinə görə, İrəvan dilə gətirə bilmədiyini qərbli dostları vasitəsilə gündəmə gətirir:

"Fransa bu məsələdə xüsusi fəallıq nümayiş etdirir. Bir müddət əvvəl Prezident E.Makron qürurla etiraf etmişdi ki, Qarabağ məsələsində Baş nazir Nikol Paşinyandan daha qətiyyətli mövqe sərgiləyir. Son günlər Fransa və digər Qərb ölkələrinin, o cümlədən beynəlxalq təşkilatların Azərbaycanı "etnik təmizləmə"də ittiham etməsi absurddur. Məqsəd Bakıya təzyiq göstərməkdir. Azərbaycan 44 günlük müharibədən ötən üç il ərzində İrəvandan tələb etdi ki, Qarabağdakı qanunsuz silahlı qüvvələrini ərazimizdən çıxarsın. Lakin israrlı tələblərə rəğmən, Ermənistan hökuməti bununla bağlı heç bir addım atmadı. Hərçənd, İrəvan hökuməti 10 noyabr üçtərəfli bəyanatına əsasən, üzərinə öhdəlik götürmüşdü. Son nəticədə Azərbaycan 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatı keçirməyə mərbur qaldı və qanunsuz silahlıları, separatçıları Qarabağdan təmizlədi".
A.Səmədov vurğulayıb ki, Azərbaycan tərəfi açıq şəkildə dəfələrlə bəyan edib ki, hərbi əməliyyatlar zamanı birbaşa qanunsuz silahlı dəstələr hədəf alınıb: "Mülki ermənilərin heç biri ziyan görməyib, onlara xələl gəlməyib. Buna baxmayaraq, qərəzli dairələr məqsədyönlü şəkildə Azərbaycanı "etnik təmizləmə"də ittiham etməyə davam edirlər. Yeri gəldi-gəlmədi ölkəmizi suçlayırlar. Böyük ehtimal buna davam edəcəklər, ona görə ki, onların obyektiv olmaq kimi bir dərdləri yoxdur. Nüfuzlu COP29 tədbirinin Azərbaycanda keçirilməsi də çoxlarını qıcıqlandırıb. Hücum etmələrinin bir səbəbi də budur. Ermənistan ağır durumunu nəzərə alaraq, sakit dayanmağa üstünlük versə də, İrəvanın havadarları rahat durmurlar və təxribatlarını davam etdirirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya