
Makronun gəlişi Paşinyanın yalvarış siyasətinin nəticəsidir
Makronun gəlişi Paşinyanın yalvarış siyasətinin nəticəsidir
Yusif Nəzərli
11:27 07.09.2023
Siyasət
514
Fransa dövlət başçısı Emannuel Makronun əvvəlcə İrəvana, daha sonra isə oradan Bakıya səfər edəcəyi gözlənilir. Səfər sentyabrın 9-10-na planlaşdırılır. İndiki şəraitdə Fransa prezidentinin bölgəyə səfəri maraqla qarşılanır. Sual yaranır ki, Makronun səfəri nəyə hesablanıb? İddialar var ki, o, Paşinyan hakimiyyətini müdafiə etmək və Ermənistanın maraqları çərçivəsində danışıqlar aparmağa gəlir.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Sultan Zahidov bildirib ki, ümumiyyətlə, Makronun hazırda Cənubi Qafqaza səfəri regionda baş verən son proseslərlə əlaqəlidir. O, hazırda Gürcüstandadır və yaxın zamanda həm Ermənistana, daha sonra isə Azərbaycana da səfər edəcək:

"Biz bilirik ki, Cənubi Qafqaz regionunda gərginlik son dönəmlər xeyli artmaqdadır. Azərbaycana qarşı təxribatlar davam edir. Sülh prosesini yubadan isə Ermənistan hakimiyyətidir. Ermənistandan istifadə edərək bölgəyə daxil olmağa çalışan ölkələr sırasında, heç şübhəsiz ki, Fransa da var. Son dövrlər Rusiya və Ermənistan arasındakı münasibətlərdəki gərginlik də artmaqda davam edir. Paşinyan bir gün Cənubi Qafqazın Rusiyasız olacağı, həmçinin Ermənistanın təhlükəsizlik məsələlərində Rusiyaya güvənməsinin böyük səhv olması ilə bağlı açıqlamalar verib. Bu açıqlamalar Rusiyanın Ermənistana göstərdiyi siyasi hamiliyin yavaş-yavaş azaldığının göstəricisidir. Artıq Rusiya Ermənistanı əvvəlki qədər dəstəkləmir".
Politoloq qeyd edib ki, Ermənistanın öz daimi hamisi olan Rusiyadan qopmasının səbəbi də Fransadır. Fransa Ermənistanı Rusiyadan qoparıb əvəzində illərdir Rusiyanın oynadığı təhlükəsizlik qalxanı rolunu oynamağa çalışır:
"Fransa prezidentinin bölgəyə səfəri, Paşinyanın Makron kimilərə yalvarış siyasətinin nəticəsidir. Makron Ermənistanı təhdidlərdən qorumaq üçün belə bir səfər həyata keçirmək niyyətindədir. Fransanın Qarabağdakı erməni sakinlərin Azərbaycanla olan danışıqlara üçüncü dövlət olaraq girmək kimi maraqları var. Amma Azərbaycan heç bir halda bunları qəbul etmir. Fransa əgər sülh danışıqlarında maraqlıdırsa, Azərbaycan tərəfinin təklif və istəkləri çərçivəsində bunu etməlidir. Nəinki Fransa, hətta bütün dünya ölkələri Azərbaycanın iştirakı olmadan, onun maraqları nəzərə alınmadan Cənubi Qafqazda hər hansı addım ata bilməyəcəyinin fərqindədirlər. Bu, Azərbaycan siyasətinin diplomatik qələbəsi deməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media