
“Minsk qrupu onsuzda yox idi, sadəcə indi etiraf edilir” – “Ölü doğulan” təşkilat...
Yusif Nəzərli
12:32 15.04.2022
Siyasət
1606
“Qarabağda münaqişə bitib ATƏT-in Minsk Qrupu da fəaliyyətini başa vurub”
“Bundan sonra sülh prosesinə gedişdə tərəflərin birbaşa dialoqu və Avropa Birliyinin,Türkiyənin ,eləcə də , Rusiyanın kənar qüvvə kimi dəstək verməsi mümkün ola bilər”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT-in Minsk qrupunun fəaliyyətini rəsmən dayandırması ilə bağlı açıqlama verib : “Yadınıza salım ki, bu il fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlüyü” çərçivəsində Moskva ilə bütün təmasları dayandırıb.Birləşmiş Ştatlar və Fransa həmsədr kimi əməkdaşlığı dayandırdıqları üçün də regionda uzunmüddətli sülh və sabitliyin bərpası üçün əlavə ardıcıl addımlar atmaq tələb olunur”.
Xatırladaq ki, Minsk Qrupu münaqişə ilə bağlı hüquqi mandatı olan yeganə beynəlxalq formatdır. Lakin aprel 12-də baş tutan bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev bu formatın de-fakto etibarsız olduğunu elan edib və ATƏT-in yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında iştirak edə biləcəyini qeyd edib.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov bu barədə “Sherg.az”a danışarkən bildirib ki, ATƏT-in Minsk qrupunun üzdə görünən məqsədi münaqişəni həll etmək, arxada duran niyyəti isə münaqişəni uzatmaq idi:
“Müəyyən mənada buna nail oldular. Beləcə münaqişə 28 il uzandı. Sonda isə Azərbaycan özü öz torpaqlarını azad etdi. Bununla da ATƏT-in Minsk qrupunun faktiki fəaliyyəti dayandı. İkinci Qarabağ savaşından sonra Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında 5 dəfə görüş baş tutdu. Bunlardan ən sonuncu Avropa Birliyinin moderatorluq etdiyi Brüssel görüşü isə demək olar ki, məsələni xətm etdi. Bu günə qədər Ruisya özünü ortaya atır ATƏT-in fəaliyyətini qabardırdı. İndi isə tərəflər özü sülh danışıqlarına başlamağa razılaşdılar. Beləcə tərəflər arasında birbaşa dialoq başladı. Ermənistan və Azərbaycan XİN başçıları telefonla danışdılar. Komissiyaların qurulması, sülh danışıqlarının detalları qeyd olundu”.
Politoloq diqqətə çatdırıb ki, ATƏT-in Minsk qrupu onsuzda uzun müddətdir,yox idi sadəcə bu yoxluq indi etiraf edilir:
“İndi Rusiyanı Qərbdən qovublar o da başlayıb ki, artıq ATƏT yoxdur.Tam əminliklə demək olar ki, 28 il münaqişənin həlli üçün aparılan uğursuz danışıqların arxasında məhz belə bir qurum durub. Rusiya bu cür qurumları yaratmaqla münaqişələrin vaxtını uzatmağa çalışır”.
S.Hümbətovun qənaətincə, münaqişə bitib ATƏT-in Minsk Qrupu da fəaliyyətini başa vurub:
“Bundan sonra sülh prosesinə gedişdə tərəflərin birbaşa dialoqu və Avropa Birliyinin,Türkiyənin ,eləcə də , Rusiyanın kənar qüvvə kimi dəstək verməsi mümkün ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı