Müharibə istəyən Boltonun istefası Ağ Evin xeyrinədir: Sərt siyasət ABŞ-a fayda vermir
Ayyət Əhməd
13:20 11.09.2019
Siyasət
743
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib. Bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində məlumat verib: "Ötən gün axşam Con Boltona Ağ Evdəki xidmətlərinə artıq ehtiyac qalmadığını söylədim. Onun təkliflərinin əksəriyyəti ilə heç razılaşmırdım. Bu səbəbdən Con Boltondan istefa verməsini istədim. O da bu gün (dünən – A.B) səhər saatlarında ərizəsini təqdim etdi". Tramp yeni milli təhlükəsizlik üzrə müşavirinin adını gələn həftə elan edəcəyini də vurğulayıb.
Qeyd edək ki, Bolton 2018-ci ilin aprelində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə gətirilib. Tramp isə 2017-ci ilin yanvarında prezident vəzifəsinin icrasına başlayandan indiyədək 4 ayrı milli təhlükəsizlik üzrə müşavirlə işləyib.
Bolton isə Trampı ictimaiyyətə səhv məlumat ötürməkdə ittiham edib. O, istefa qərarını əvvəlcədən prezidentə bildirdiyini, prezidentin isə bu məsələni sabah (dünən - AB) müzakirə edəcəyini söylədiyini bildirib. Lakin Trampın dünən Boltonu istefaya özünün göndərməsini elan etməsi müşavirin xoşuna gəlməyib.
Boltonun istefasından sonra ABŞ-ın münasibətlərdə gərgin olduğu ölkələrlə əlaqələrinin yaxşılaşacağı qənaəti formalaşıb. Bir çox analitiklər bildirirlər ki, Bolton İranla, Rusiya ilə gərginlik siyasətini yürütməyin tərəfdarı olub. Xüsusən də, Moskvaya qarşı onun düşmən mövqedə dayandığı sirr deyildi.
Politoloq İlqar Vəlizadə deyilənlərlə tam da razı deyil. O, Sherg.az-a bildirib ki, Boltonun ABŞ-ın xarici siyasətinin müəyyənləşdirilməsində təsiri olsa da, həlledici rol oynamırdı:
“İstefası da onu göstərir ki, axırıncı söz Trampdadır. Son aylarda prezidentlə müşavirin mövqeyi arasında zidiyyət var idi. Bolton ümumiyyətlə sərt siyasətin, hərbi gücdən istifadənin tərəfdarı olan siyasətçidir. Təkcə Rusiya məsələsində deyil, eləcə də İranla, Yaxın Şərqlə, Şimali Koreya, Venesuela ilə bağlı ABŞ-ın hərbi güc siyasəti yeritməsinin tərəfdarı idi. Biz baxsaq görərik ki, Boltonun müşavir olaraq bu günə qədər Trampa verdiyi məsləhətlər ABŞ üçün faydalı olmayıb. Xüsusən də İrana qarşı addımların atılması ilə bağlı təkliflərində, Ağ Evin maraqlarına zidd yanaşma var idi. O, təkid edirdi ki, İrana qarşı hərbi gücdən istifadə edilsin. Amma müharibə baş vermədi. Çünki Tramp anladı ki, məsuliyyəti Bolton yox, ABŞ lideri kimi özü daşıyacaq. İranla müharibənin ABŞ üçün faydalı olmayacağını anladı, Boltonun təklifindən imtina etdi. Eyni zamanda Rusiyaya qarşı sərt siyasət tərəfdarı da Bolton idi ki, bu siyasət də ABŞ üçün mənfi təsirə malikdir. Gələn il ABŞ-da prezident seçkiləri keçiriləcək. Ona görə də, bu il Vaşinqtonun riskli hərəkətlər etməsi, xeyirli deyil. Çünki dünyada müharibə kimi riskli addımlar, daxildə Trampın reytinqinə pis təsir göstərə bilər. Tramp bunları hesablamamış deyil. Dolayısı ilə bu problemləri yoluna qoymaq üçün ABŞ lideri, hərbi güc tərəfdarı olan Boltonla vidalaşdı”.
Ekspert hesab edir ki, ABŞ-Rusiya münasibətlərində yumşalma bir neçə aydır ki müşahidə edilir:
“Trampın özü təklif edir ki, Rusiya G7-də təmsil olunsun. Vaşinqton Kremllə müəyyən dialoqun qurulmasında maraqlı görünür. Tramp anlayır ki, dünya siyasətində bir çox “düyün problemlər”i həll etmək üçün Rusiya ilə danışıqlar aparmalıdır. Boltonun təklif etdiyi sərt siyasət heç vaxt faydalı ola bilməz. Boltonun istefası o anlamı vermir ki, sabah Rusiya ilə ABŞ yaxın dost olacaqlar. Amma ən azı sərtlik aradan qalxacaq. Bu da sonucda Putin-Tramp dialoquna zəmin yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya