Müxalifət planlara mane olmağa çalışır
Yusif Nəzərli
07:38 30.10.2021
Siyasət
462
Paşinyan tezliklə partiyalara qarşı siyasi repressiyaya əl atacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində keçirilən hökumət saatı çərçivəsində deputatların suallarını cavablandırıb. “Ermənistan” fraksiyasından olan millət vəkili Aram Vardevanyanın Azərbaycanın hücumundan öncəki iki gün ərzində hökumətin hansı addımlar atması, niyə görə həyəcan siqnalının verilməməsi, hazırlanan hücum barədə məhz kimin Baş nazirə məlumat verməsi haqda sualları Paşinyanı özündən çıxarıb. “Siz nəyi nəzərdə tutursunuz, nəyi aydınlaşdırmaq istəyirsiniz?
100 dəfə soruşmusunuz, 100 dəfə də cavab vermişik. Siz elə danışırsınız ki, sanki bildiyiniz fövqəladə məqam var. Deməyə sözünüz varsa, məlumatınız varsa, açıq deyin. Gedib söhbət yayırsınız ki, 5 milyard verdilər, nə bilim satdılar, aldılar. Mən də deyirəm ki, satan da sizsiniz, kapitulyant da. Lazım gəlsə, sübut da edərik. O zaman sizin şefinizin hesabında neçə milyon pul var idi, onu niyə demirsiniz? O, vicdanla işləyirdi, yoxsa ordudan oğurlamışdı? Oğlanlarının hesablarında pullar dollarla idi, yoxsa avro ilə? Ayın 25-də nə qədər dramı dollarlara dəyişdirdilər. Bu, onların öz gəlirləri idi?" - Paşinyan bildirib.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, millət vəkili Aram Vardevanyanın verdiyi suallar təxribatçı addımdır. Politoloq qeyd edib ki, məqsəd hökuməti gözdən salmağa hesablanıb:
"Düşünürəm ki, Nikol Paşinyan "Qarabağ klanı"na, "Ermənistan", "Respublika" partiyasına və "Qarabağ klanı"na yaxın olan digər partiyalara qarşı siyasi repressiyaya əl atacaq. Çünki göründüyü kimi, parlamentdə iş funksiyası pozulub və hökumətə təxribatçı suallar verilir".
M.Əsədullazadə əlavə edib ki, hazırda post-pandemiya dövrüdür və Ermənistanın Baş naziri ölkəni blokadadan çıxarmağa çalışır: "Yəni hazırda Paşinyan bu istiqamətdə addımlar atır. Amma göründüyü kimi, müxalifətin provakasiyaları davam edir. Düşünürəm ki, bu kimi provakasiyalara rəğmən o, öz siyasətini davam etdirəcək. Həqiqətən də, Paşinyanın keçmiş iqtidara qarşı ittihamları ciddi şəkildə cinayət tərkibli sayıla bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya
Türkiyədən on il ərzində 1 407 568 suriyalı geri qayıdıb
20:57 04.05.2026
Region
“Çelsi” öz meydanında məğlub olub
20:44 04.05.2026
Futbol
Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi
20:30 04.05.2026
Dünya