
NATO-nun son sammiti:“Əsas hədəflərindən biri Rusiyadır”
11:56 23.09.2021
Siyasət
881
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasındakı iştirakına NATO Baş katibi Yens Stoltenberqlə görüşlə başlayıb. S.Lavrov protokol foto çəkilişi zamanı masa ətrafında sıxlaşan jurnalistlərə müraciət edib:“Şansınızı sınamayın. Rusiya NATO-ya üzv olmayacaq” - deyə rusiyalı diplomat zarafat edib.
Daha sonra görüş bağlı qapılar arxasında davam edib. Mətbuata verilən növbəti açıqlamada qeyd olunub ki, görüşdə Rusiya-NATO münasibətlərinin hazırkı vəziyyəti müzakirə edilib.
“Rusiya tərəfindən təmas xətti boyunca gərginliyi azaltmaq üçün konkret təkliflər irəli sürülüb”, - deyə Rusiya tərəfindən verilən açıqlamada vurğulanır.

Görüş barədə fikirlərini “Sherg.az”la bölüşən politoloq Natiq Miri qeyd edib ki, NATO-nun son sammitindən sonra əsas hədəflərindən biri olaraq Rusiya göstərilmişdi:
“Əlbəttə ki, o gündən bu günə Rusiya-NATO münasibətləri yalnız qarşılıqlı olaraq güc nümayiş etdirmə səviyyəsində davam edir. Məlumdur ki, həm Rusiya, həm də NATO öz sərhədləri çərçivəsində hərbi təlimlər keçirirlər. Həmin təlimlərin hədəfi də birmənalı olaraq qarşı tərəfdir.
Bu gün NATO-nun Rusiya ilə Qara dənizdə, xüsusilə Ukrayna və digər bölgələrdə ciddi problemləri mövcuddur. NATO hesab edir ki, Rusiya Şərqi Avropa ölkələrinə ciddi şəkildə təhdid təşkil edir.
Rusiya NATO ölkələri olan Pribaltika və Skandinaviya dövlətləri üçün də təhdid olaraq qalır. Bu faktın özü göstərir ki, Rusiya ilə NATO arasında problemlər qalır. Fikrimcə, Rusiya özü üçün ən ciddi təhdid hesab etdiyi NATO ilə anlaşmaq istəyir. Lavrovun bu görüşü bütövlükdə ümumi sülhə xidmət edən məsələdir.
Çünki ikisi də dünyada qarşı-qarşıya duran hərbi güc mərkəzlərinin təmsilçiləridir. Onların anlaşması bütövlükdə dünyaya sülh vəd edə bilər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil