Nazir müşaviri: “Zəngəzur dəhlizi Qafqazın dünya ilə tarixi əlaqəsini bərpa etməyə imkan verəcək”
Yusif Sultanoğlu
06:19 16.11.2023
Siyasət
426
Zəngəzur dəhlizinin bərpası Cənubi Qafqaz regionunu Şərqlə Qərbi birləşdirən əvvəlki roluna qaytaracaq.
"Report"un Dubaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov “Xəzər həftəsi 2023” forumu çərçivəsində jurnalistlərə deyib.
"Zəngəzur dəhlizi vaxtilə Sovet İttifaqını Yaxın Şərqlə birləşdirən etibarlı marşrut kimi fəaliyyət göstərib. Dəhliz ilə bağlı bizim məqsədimiz pozulmuş əlaqələri bərpa etməkdir", - E. Məcidov bildirib.
E.Məcidov qeyd edib ki, İrəvan bunu inkar etməyə çalışsa da, həmin illərdə dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsi Bakıya tabe olub.
Onun sözlərinə görə, Azərbaycan üçün Zəngəzur dəhlizinin bərpası yalnız iqtisadi zərurət deyil, həm də tarixi ədalətin bərpasıdır: “Qafqaz öz təbii vəziyyətinə qayıtmalı, dünyanın müxtəlif hissələrini birləşdirən məkana çevrilməlidir”.
E.Məcidov onu da qeyd edib ki, Azərbaycan Xəzər regionunda öz dəniz sektorunun potensialını tam reallaşdıran ilk dövlət olub: "Azərbaycan Xəzər dənizi ilə dünya neft-qaz bazarları arasında əlaqə yaradan ilk ölkə olub. O, nisbətən kiçik ərazidə beynəlxalq hava limanları şəbəkəsinin tikintisində də qabaqcıl ölkə kimi seçilir. Biz Xəzər dənizində ən böyük və ən müasir limanı tikmişik. İndi Azərbaycan Zəngəzur dəhlizinin bərpası ilə fəal məşğul olur ki, bu da Xəzər regionu üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, Xəzərin dünya iqtisadiyyatına birləşdirilməsi və inteqrasiyası məsələsində Azərbaycan lider olaraq qalmaqdadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm