"Nə Dağlıq Qarabağ var, nə də status"-AKTUAL ŞƏRH
09:38 01.08.2021
Siyasət
676
“Bu günləri Ermənistan çıxılmaz vəziyyətdədir. Onlar iki seçimlə üz-üzədir: müharibə və sülh. Ancaq məsələ orasındadır ki, hər iki variantda uduzan tərəf onlar olacaq. Ancaq sülh daha optimal variantdır”.
Bu fikirləri “Şərq”ə açıqlamasında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, siyasi ekspert Elman Vəliyev deyib.
Siyasi-şərhçi vurğulayıb ki, ancaq sülh formatında Ermənistan da qazanc əldə edə bilər:
“Hər iki tərəf arasındakı eskalasiyanı sakitləşdirmək üçün bir çox dövlət və təşkilatlar müraciət ediblər. Ancaq bilirik ki, Rusiyanın sözü daha keçərlidir. Rusiya münaqişə tərəflərini gərginliyi diplomatik yolla həll etməyə çağırıb. Təbii ki, Ermənistan axır-əvvəl sənədə imza atacaq. Sadəcə hazlrda razılıq əldə etməki üçün güc amilindən istifadə edir. Ermənistan hakimiyyəti ümumiyyətlə, ehtiyat edir ki, daxili auditoriyanın iğtişaşının qarşısını almaqda çətinlik çəkər. Hesab edirəm ki, yaxın zamanlarda proseslərdə bir xeyli dəyişikliklər olacaq. Xüsusən, delimitasiya işləri sürətlələnəcəyini zənn edirəm”.
Politoloq diqqətə çatdırıb ki, ən önəmli nüans xəritələrin hansı prinsiplər əsasında olmasıdır:
“Bilirik ki, Ermənistan tərəfi çalışır ki, SSRİ-nin yaranan vaxtındakı deyil dağılması ərəfəsindəki xəritələr nəzərə alınsın. Qeyd edim ki, SSRİ yaranan ərəfələrdə Ermənistan sadəcə İrəvan və ətrafındakı bəzi bölgələrdən ibarət idi. Ancaq dağılan zamanda Azərbaycanın bir çox yerlərinə yiyə çıxmışdı, yalnız Qarabağ istisna olmaqla. Digər bir amil isə Ermənistan istəyir ki, Rusiya qüvvələri sərhəddə yerləşsin. Əlbəttə, Rusiyaya əvvəl bu təklif edildikdə elə fikirləri olmadığı bildirilmişdi. Amma bir neçə gün bundan öncə bildirdi ki, biz bu barədə tərəflərlə danışıqlar aparırıq. Hesab edirəm ki, Rusiya buna nail olmağa çalışacaq və bununla da Zəngəzur dəhlizi bərpa ediləcək. Amma Zəngəzurun bütöv Azərbaycana geri qaytarılması sadəcə zaman tələb edir. Bu isə zaman və düzgün siyasi manevrlər tələb edir. Status məsələsinə gəlincə, fikrimcə, hələ onu gündəmə gətirməyəcəklər. Azərbaycan tərəfi statusun olmadığını aşkar bəyan edir. Azərbaycan tərəfinin mövqeyi regiona da, dünyaya da bəllidir. Nə Dağlıq Qarabağ var, nə də statusu. Azərbaycanın əraziləri, qanunları içərisində olan Qarabağ vardır. Sadəcə status kartını erməni kütləsində ruh yüksəkliyi olsun deyə arada-bir dilə gətirirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya
23:13 29.07.2026
Media
Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb
22:34 29.07.2026
Gündəm
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya