Nikol: “Bütün regional kommunikasiyaların açılmasında maraqlıyıq”
14:04 13.09.2023
Siyasət
376
“Ermənistan bütün regional kommunikasiyaların açılmasında maraqlıdır”.
“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlunun Zəngəzur dəhlizinin tezliklə açılmasına dair bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan Horadiz-Meğri-Ordubad-Yerasx dəmir yolunun yenidən işə salınmasının əleyhinə deyil: “Üstəlik, bu, Ermənistan üçün mühüm layihədir. İrəvan həmçinin regional nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır. Biz Ermənistan ərazisindən keçən regional qaz kəmərlərinin, neft kəmərlərinin və elektrik xətlərinin də əleyhinə deyilik. Ermənistan bütün bu layihələrin həyata keçirilməsində maraqlıdır”.
N.Paşinyan qeyd edib ki, Ermənistan layihələrin icrasında səmimidir: “İrəvan günü sabah regional kommunikasiyaları işə salmağa hazırdır”.
Qeyd edək ki, A.Uraloğlu bu gün İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) logistika forumunda Zəngəzur dəhlizinin tezliklə açılacağını söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm