“Nüvə beşliyi”nin bəyanatında təzadlı məntiq var
Yusif Nəzərli
09:38 06.01.2022
Siyasət
499
Dünya gücləri bu sahədə də monopoliya yaratmaq niyyətlərini ifadə edir və digər nüvə dövlətlərinə “kənara çəkilin” ismarıcını verir
Əgər nüvə müharibəsinə start verilsə, bu savaşda yeni cəbhə kosmosda açıla bilər
“Dünyada nüvə silahlarının istehsalı sürətləndiyi bir dövrdə “nüvə beşliyi” (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin) tətbiqi zamanı bəşəriyyətə böyük fəlakətlər gətirə biləcək silahların yayılmasının qarşısının alınması üçün birgə bəyanatla çıxış ediblər”.
Bu barədə “Şərq”ə siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, bəyanatı qəribə və təzadlı məntiqin dibi hesab etmək olar. Çünki bu dövlətlər özləri nüvə arsenalını hələ də əhəmiyyətli dərəcədə zəiflətməyiblər:
“Bəyanatın məğzində dayanan mesaj budur ki, nüvə silahı əldə etmək istəyən digər dövlətlər bu istək və məqsədlərindən çəkinsinlər. Təhdidqarışıq çəkindiricilik çağırışının kökü isə sağlam ideyalardan çox hökmranlıq konsepsiyasına əsaslanır.
Dünyada hazırda 9 nüvə dövləti var - ABŞ, Rusiya, Fransa, Britaniya, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya. Görünür, “beşlik” bu sahədə də monopoliya yaratmaq niyyətlərini ifadə edir və digər nüvə dövlətlərinə “kənara çəkilin” ismarıcını verir. Bəyanatda sağlam ideyanın işartılarını onda görmək olur ki, beş ölkə nüvə müharibəsində qalib olmayacağını bəyan ediblər. Bəyanata zahiri pozitivlik verən də elə bu məqamdır, lakin nüvə dövlətlərinin arsenallarının müqayisəli təhlili risk faktorunun artdığını göstərir. Düzdür, nüvə silahları bir tərəfin digər rəqib tərəf üzərində hegemonluğunu diktə etmək üçündür, danışıqlarda güclü ələ çevrilməyinin təminatçısıdır. Lakin nüvə silahlarına malik ölkələr özləri aydın dərk edirlər ki, nüvə müharibəsi bəşəri faciələrin açarıdır”.
A.Kərimov qeyd edib ki, nüvə müharibəsinə dair senarilər də diqqət çəkir:
“Nəzəri olaraq göstərilir ki, nüvə silahı ilə bir məkanın məhvi özünün yedəyində ayrıca məhv edilmə təhdidini gətirir. Yəni, hücumla müdafiə paralel olduğundan, bir nüvə dövləti digər nüvə dövlətinin ərazisinə nüvə silahı ilə zərbə endirsə, dərhal bunun adekvat qarşılığını alacaq. Hücum planlarına qarşı preventiv tədbirlər kompleksinin özü ikinci ölüm dalğası gətirir. Bundan əlavə, nüvə arsenalına malik ölkələr digərlərinin preventiv tədbirlərinin nə olacağını da dəqiq bilmir, bu isə onları nüvə zərbələrindən çəkindirir. Digər tərəfdən, əgər nüvə müharibəsinə start verilsə, bu savaşda yeni cəbhə kosmosda açıla bilər. Müharibə tərəfi olan dövlətlərdən biri düşməninin kommunikasiya peyklərini sıradan çıxarmağa cəhdlər edəcək. Bu isə, ordunun idarə edilməsi üçün böyük problemdir.
“Kosmos müharibələri”ndə bir az konspirativ nəzəriyyələr elementləri olsa da, hazırda güclərin kosmosda nəzarət uğrunda kəskin rəqabətə girdiyini müşahidə edirik”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm