Vaqif Qarayev: ““Smesli” həkimlərə qulaq asmayın, ananın südü varsa, süni qarışığı niyə verirsiniz?”
Həkim-pediatrlar ana südünün heç nə ilə əvəz olunmayacağını daim xatırladır. Körpə mütləq ana südü ilə qidalanmalıdır. Bəzi hallarda ananın südü olmaya bilər. Belə olduqda yeni doğulmuş körpənin qidalanması həkimin məsləhəti ilə aparılmalıdır.
Həkim-pediatr Vaqif Qarayev Sherg.az-a açıqlamasında qeyd etdi ki, yeni doğulmuş uşaq nə yeməlidir, nəylə qidalanmalıdır sualının dəqiq bir cavabı var; ana südü:

- Əvvəllər dövlət doğum evlərində doğulan uşaqlara dərhal süni qarışıq - smes verirdilər. İndi vəziyyət düzəlir, gənc neonatoloqlar analara düzgün məsləhətlər verirlər. Bəzi özəl doğum evlərində isə vəziyyət pisləşir. Ananın südü varsa, o qarışığı niyə verirsiniz ki? Gənc analara məsləhət görürəm hamiləliyin son həftələrində internetdə “uşağıma nə verməliyəm" axtarışı edib cavablara baxsınlar. Heç yerdə “süni qida” cavabına rast gəlməyəcəklər. Ona görə də "smesli" həkimlərə qulaq asmasınlar. Bəzi anaların südü olsa da, özləri smes axtarışında olur. Düzgün deyil bu.