Ortada siyasi iradə var: Prezidentin addımları xalqın ürəyincədir
Turan
09:14 24.10.2019
Siyasət
962
“Cənab Prezidentin kadr islahatlarının aparılmasının vacibliyini vurğulaması, ümumi inkişafa mane olan məmurların cəzalandırılması barədə fikirləri xalqımız tərəfindən çox yüksək qarşılandı”.
Bunu Sherg.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev reallıqdan çıxış edərək ümumi inkişafa mane olan, sahibkarlığın inkişafının qarşısını alan məmurlar və qanunsuz himayədarlıq barədə ciddi tapşırıqlar verib:
“Hər kəsə bəllidir ki, bu neqativ hallar subyektiv xarakter daşıyır. Bilavasitə dövlət idarəetmə sisteminə təsadüfən düşmüş qeyri peşəkar, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan məmurlar tərəfindən edilir. Təəssüf ki, XXI əsrdə rəhbərlik etdiyi kollektivlərdə və yaxud inzibati ərazilərdə çalışan insanları qorxu altında saxlamaq, şantaj etmək, hər addımda hüquqlarını pozmaq və bundan zövq almaq bəzi məmurların həyat kredosuna çevrilib. Belə davranışlar, bu tipli özünəvurğunluqlar dövlətçiliyə olduqca böyük zərbə vurur. Ona görə də müasir dövrün tələblərinə cavab verməyən kadrların gənc, kreativ, müsbət ictimai imicə malik mütəxəssislərlə əvəz olunması zamanın tələbidir. 2020-ci ildə sosial rifah halının daha da yaxşılacağı, minimum əmək haqqları, pensiya və müavinətlərin, orta aylıq maaşların artacağı ilə bağlı Prezidentin verdiyi mesajlar da xalqın ürəyincə oldu və gələcəyə inamı daha da artırdı”.
Parlament üzvü bəyan edib ki, ortada Azərbaycanı daha da sürətli inkişaf etdirəcək siyasi iradə var:
“Bu siyasi iradənin real həyata keçməsi üçün hər birimiz Prezident İlham Əliyevə dəstək verməli, ictimai siyasi sabitliyi qorumalı, onu daxili və xarici təzyiqlərdən müdafiə etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə