Özbəkistanda Şuşaya həsr olunmuş poçt markası buraxıldı
14:25 13.09.2023
Siyasət
564
Özbəkistanın paytaxtı Daşkənddə 2023-cü ildə Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə “Ozarbayjonning qadimiy Shusha shahri Turkiy dunyoning madaniy poytaxti” adlı xüsusi poçt markası buraxılıb.
Bakupost.az xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Özbəkistanın müvafiq dövlət qurumlarının dəstəyi nəticəsində ərsəyə gəlmiş “Azərbaycanın qədim Şuşa şəhəri – Türk dünyasının mədəniyyət paytaxtı” adlı poçt markasının Özbəkistan Mərkəzi Poçtu tərəfindən daxili və beynəlxalq dövriyyəyə buraxılması nəzərdə tutulub.
Xüsusi dizaynla hazırlanmış poçt markasının üzərində Şuşa qalası, Azərbaycan bayrağı, Qarabağın tacı olan Şuşanın füsunkar təbiəti, başını duman almış əzəmətli dağları, əslən şuşalı olan Azərbaycan mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, milli musiqi alətlərimiz (qaval, tar, kaman), Qarabağın, Şuşanın və qazanılan Zəfərin rəmzi olan “Xarıbülbül” çiçəyi təsvir olunub.
Qeyd edək ki, Daşkənddə və Bakıda təqdimat mərasimlərinin keçiriləcəyi poçt markası hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə, eləcə də muzeylərinə göndəriləcək.
Xatırladaq ki, TÜRKSOY tərəfindən Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar bu il Heydər Əliyev Azərbaycan Mədəniyyət Mərkəzi bir neçə layihə həyata keçirib. Bu layihələrə “Şuşa günləri” (Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, iki ölkənin Mədəniyyət nNazirlikləri ilə birgə) tədbiri, Wikipedia-da özbək dilində Şuşa haqqında bölmələrin yaradılması, Özbəkistan KİV nümayəndələrinin Qarabağa – Şuşaya media-turlarının təşkil edilməsi daxil olub. Yaxın zamanda isə bir neçə dildə Şuşaya həsr olunmuş ensiklopedik kitab çap olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm