İ.İsmayıl əlavə edib ki, Fransanın xarici kəşfiyyat orqanları həmin ölkənin müdafiə nazirliyinə tabedir: "Həmin kəşfiyyat orqanları diplomatik strukturlarda fəaliyyət göstərirlər. Əgər Azərbaycanda agentura şəbəkəsi varsa, onu bir nəfər rezident idarə edir. Amma məlumatda elə qeyd olunur ki, sanki bir neçə rezident ifşa olunub. Ola bilsin, rezidentlər deyəndə Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiya, Yaxın Şərq və digər bölgələri də nəzərdə tuturlar. Əgər agentin kimliyi konkret bizə məlum olsaydı, o zaman bilərdik ki, Fransanın hədəfində hansı kateqoriyanı təmsil edən şəxslərdir. Heç inandırıcı deyil ki, sıradan bir kəndçi Fransanın agentura şəbəkəsində yer alsın. Bilmirik ki, agentura şəbəkəsi məmur heyətindəndir, yoxsa ictimai təşkilatlardandır. Ona görə konkret fikir bildirmək çətindir. Hətta məlumatda bir nəfər agentin, guya, Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyi deyilir. Bu da qeyri-peşəkar ifadədir".
Parisin Cənubi Qafqaz maraqları - ŞƏRH
10:56 23.12.2023
Siyasət
394
Fransanın agentura şəbəkəsinin maneəsiz və rahat fəaliyyəti üçün məkan Ermənistandır
Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Bu barədə Qərb mətbuatında məlumat yayılıb. Qeyd olunub ki, hər şey Fransa səfirlik daxili rezidenturasının Azərbaycan ərazisində, əslində, Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub. Məlumata görə, bir-biri ilə əlaqəli şəbəkəni aşkarlamağa imkan verən çox maraqlı aspektlər üzə çıxıb. Uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib. Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Mənbə hesab edir ki, uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə tarixi zərbə olacaq.
Təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş MTN zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl “Sherg.az"a açıqlamasında deyib ki, nəzəri baxımdan məsələni dəyərləndirsək, hər bir ölkənin, o cümlədən Fransa kimi güclü bir dövlətin dünyanın müxtəlif bölgələrində, ölkələrində casus şəbəkələrinin olması mümkündür. Bunu birmənalı inkar etmək olmaz. Fransanın son vaxtlar bütünlüklə Cənubi Qafqaza olan marağı ortadadır. Fransa agentura şəbəkəsinin maneəsiz və rahat fəaliyyəti üçün məkan Ermənistandır".
İ.İsmayıl əlavə edib ki, Fransanın xarici kəşfiyyat orqanları həmin ölkənin müdafiə nazirliyinə tabedir: "Həmin kəşfiyyat orqanları diplomatik strukturlarda fəaliyyət göstərirlər. Əgər Azərbaycanda agentura şəbəkəsi varsa, onu bir nəfər rezident idarə edir. Amma məlumatda elə qeyd olunur ki, sanki bir neçə rezident ifşa olunub. Ola bilsin, rezidentlər deyəndə Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiya, Yaxın Şərq və digər bölgələri də nəzərdə tuturlar. Əgər agentin kimliyi konkret bizə məlum olsaydı, o zaman bilərdik ki, Fransanın hədəfində hansı kateqoriyanı təmsil edən şəxslərdir. Heç inandırıcı deyil ki, sıradan bir kəndçi Fransanın agentura şəbəkəsində yer alsın. Bilmirik ki, agentura şəbəkəsi məmur heyətindəndir, yoxsa ictimai təşkilatlardandır. Ona görə konkret fikir bildirmək çətindir. Hətta məlumatda bir nəfər agentin, guya, Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyi deyilir. Bu da qeyri-peşəkar ifadədir". Ekspert bəyan edib ki, rezident adətən ştatdan kənar olmur, agentlər ştatdankənar ola bilər: "Həmçinin bir ölkədə olan rezidentin digər ölkədəki agentura şəbəkəsi haqqında informasiya vermək imkanları məhduddur. Heç mümkün deyil. Konkret detallar və rəsmi informasiya olmadığı üçün yalnız nəzəri cəhətdən deyə bilərik ki, Fransanın Cənubi Qafqazda maraqları var. Fransa Ermənistanın simasında Rusiyanı əvəz etmək istəyir. Ondan sonra Gürcüstana və Azərbaycana da təsir imkanları qazanmaq istəyir. Yəni agentura şəbəkəsi üzərindən fəaliyyət göstərir. Təbii ki, bunların ifşa olunması zəruridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region