
Parlamentari: Qərbi Azərbaycana "Böyük qayıdış" qarşısıalınmaz bir prosesdir
Yusif Nəzərli
11:15 08.12.2024
Siyasət
419
Bunun, sadəcə, soydaşlarımızın Qarabağ və Şərqi Zəngəzura dönmələri ilə bitməyəcəyi hər kəsə aydındır
Dekabrın 5-i Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günü idi. Qərbi Azərbaycandan olan soydaşlarımızın məruz qaldığı sonuncu deportasiya nəticəsində 300 minə yaxın insan öz ata-baba yurdundan didərgin düşüb. 1988-1991-ci illərdə Ermənistanın hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə həyata keçirilən deportasiya zamanı soydaşlarımız fiziki-psixoloji təzyiq altında işgəncələrə, kütləvi qətliamlara məruz qalaraq, öz dədə-baba torpaqlarından qovulublar.
Bu gün Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın hüquqlarının bərpası beynəlxalq miqyasda müzakirə olunur. Beynəlxalq ekspertlərin iştirakı ilə çoxsaylı tədbirlər keçirilir.
Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfrans öz işini dünən də davam etdirib. Konfransda 51 ölkədən, o cümlədən Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, İndoneziya, İtaliya, Özbəkistan, Pakistan, Belçika, Gürcüstan, Kanada, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Malta, Yaponiya, Albaniya, Banqladeş, Belarus, Bolqarıstan, Çexiya, Çindən xarici qonaq iştirak edib.
İctimaiyyət nümayəndələrinin fikrincə, Qərbi Azərbaycan məsələsinin beynəlxalq arenada müzakirəsi olduqca vacib və aktual məsələdir. Qeyd edirlər ki, Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların qayıdışı məsələsini prioritet hədəflərimizdən birinə çevirməsi yeni reallıqlar yaradır. Bu hədəfin gerçəkləşməsi ermənilərin bütün təcavüzkar planlarının, o cümlədən "böyük Ermənistan" planının da üzərindən birdəfəlik xətt çəkmiş olacaq.
Millət vəkili Sahib Alıyevin sözlərinə görə, ermənilərin və havadarlarının Azərbaycana qarşı haqsız torpaq iddilarının qarşısında beş yüz minə yaxın insanın öz torpaqlarına dinc yolla qayıdış istəyi ciddi gedişdir. Deputat “Sherg.az”a açıqlamasında qeyd edib ki, Qərbi Azərbaycan mövzusunun beynəlxalq platformalarda müzakirə mövzusuna çevirilməsi regionda post-Qarabağ müharibəsi dönəmindəki dəyişikliklərin tanınması baxımından da vacibdir:

“Bu səbəbdən də, Qərbi Azərbaycan İcmasının bu konfransında 51 ölkədən 100-dən çox önəmli xarici qonağın iştirak etdiyi, Azərbaycanda akkreditə olunmuş 25-dən artıq diplomatik nümayəndəliyin təmsil olunması özü-özlüyündə böyük uğurdur. “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfrans gözlənildiyi kimi İrəvandakıları təşvişə salıb. Orada hakimiyyətə yaxın kütləvi informasiya vasitələri və teleqram kanalları bu konfransın önəmini azaltmağa çalışsalar da, digərləri prosesin nəyə doğru getdiyini tam da olmasa anladıqlarını göstərirlər. Əslində, birincilər də bunun yaxşı fərqindədirlər, elə məhz ona görə də 51 ölkədən gəlmiş 100-dən çox əcnəbi millət vəkilinin, ictimai xadim və ekspertin qatıldığı beynəlxalq tədbirin əhəmiyyətini azaltmaq siyasəti yeridirlər, bu da dəvəquşunun başını quma soxmağına bənzəyir. Amma cənab Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində də qeyd olunduğu kimi, Ermənistan cəmiyyətində xalqımıza qarşı elə dərin nifrət hissi kök salıb ki, orada heç bir siyasi qüvvə Qərbi Azərbaycan kökənlilərin öz yurd yerlərinə dönmələrini istəmir.
Qoy istəməsinlər, ancaq Ermənistandakıların nə düşünmələrindən asılı olmayaraq "Böyük qayıdış"ın qarşısıalınmaz bir proses olduğu, ona başlanıldığı, bunun, sadəcə, soydaşlarımızın Qarabağ və Şərqi Zəngəzura dönmələri ilə bitməyəcəyi hər kəsə ayıdındır”.
S.Alıyev deyib ki, konfransın yekun sənədində əksini tapan tələblərdən də göründüyü kimi, Qərbi Azərbaycanda soydaşlarımıza dəyən maddi və mənəvi zərərə görə kompensasiya ödənilsə belə, bu, onların "ata-baba torpaqlarına qayıdış hüququnun əvəzi kimi və ya onu inkar etmək üçün istifadə edilə bilməz":
“Bu konfrans, eləcə də ay boyu baş verən və Ermənistandakı yurd yerlərimizə qayıdış prosesinə təsir göstərən digər olaylar haqda mən dekabrın sonunda Qərbi Azərbaycan TV-də öz fikirlərimi bölüşəcəm”.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya