Paşinyan Kremli də, Bakını da qane edir – Arkov
Yusif Sultanoğlu
04:01 16.11.2023
Siyasət
327
Paşinyan hökuməti demək olar ki, ilk aylardan KTMT ilə gərgin münasibətlərdə olub. Hər şey təşkilatın baş katibi postunu tutan general Yuri Xaçaturovun siyasi təqibi ilə başladı. Sonra İrəvandan KTMT-yə üzv ölkələrin İkinci Qarabağ müharibəsində Ermənistanın tərəfində iştirakını zəruri hesab edən iddialar səsləndi. Baxmayaraq ki, bu, KTMT Nizamnaməsinin açıq şəkildə pozulması və faktiki olaraq, Ermənistanın uzun illər işğalı altında olan Azərbaycanın suveren ərazisinə təcavüz olardı.
Bunu Axar.az-a rusiyalı politoloq Vitali Arkov Paşinyanın KTMT-nin Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsini şərh edərkən deyib.
“Bir il əvvəl - 2022-ci ilin noyabrında Paşinyan KTMT-nin İrəvanda keçirilən sammitində yekun kommünikeni imzalamaqdan, 2023-cü ilin yazında isə KTMT-nin Ermənistanda planlı təlimlər keçirməsinə icazə verməkdən imtina etdi. Lakin o, tezliklə ABŞ və digər NATO ölkələrinin hərbçiləri ilə birgə bir sıra təlimlər keçirdi. Bəzi müşahidəçilər Paşinyanın bütövlükdə KTMT ilə bağlı bəyanatlarını və hərəkətlərini Ermənistanın xarici siyasətinin Qərbə yönəldilməsi ilə izah edir, bunun əsas amili NATO ilə yaxınlaşmadır. Digər ekspertlər diqqəti Ermənistanın hələ də KTMT ilə (eləcə də Aİİ ilə) əlaqələrin tam pozulmadığına yönəldirlər. Bunu Paşinyanın komandasının iki stulda oturmaq cəhdi, hətta İrəvanın Qərb ilə Kremlin sanksiyalar altında olan oyunu kimi şərh edirlər”, - o qeyd edib.
Ekspert Rusiyanın Paşinyanı devirmək planları haqda müzakirələrə də münasibət bildirib:
“Tamamilə başadüşülən səbəblərə görə Moskva Ermənistanda “rəngli inqilaba” icazə verə bilməz. Çünki bunun ikinci Gürcüstan, hətta Ukrayna ilə nəticələnməsini istəmir. Digər tərəfdən, rusiyayönlü müxalifət İkinci Qarabağ müharibəsinin nəticələrini tanımır və hakimiyyətə gələrsə, Azərbaycanla hərbi münaqişənin yenidən kəskinləşməsi istisna olunmur. Bu da regionda uzunmüddətli münaqişəni həll etməyə, Azərbaycanla strateji tərəfdaşlığı gücləndirməyə və Türkiyəni situasiyalı və müvəqqəti də olsa, müttəfiq kimi qazanmağa nail olan Moskva üçün tamamilə lazımsızdır.
Bu situasiyada hətta bütün addımlarına rəğmən, Paşinyanın Ermənistanın baş naziri vəzifəsində davam etməsi yaxın gələcək üçün Moskvanı qane edir - həm də məhz Paşinyanın hakimiyyəti dövründə öz suveren ərazilərini böyük hissəsini azad etmiş Bakını da”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə