Paşinyan Rusiyanın təklifinə razılıq verib
Yusif Nəzərli
21:18 18.11.2021
Siyasət
459
Kreml sərhəddə baş verən qanlı hadisəni xeyrinə dəyişmək istəyir
"Sülh müqaviləsi imzalandıqdan sonra Rusiya Nikolu yola salacaq"
Ermənistanın baş naziri Nikol Paşinyan dünən hökumətin iclasında bildirib ki, Rusiya Müdafiə Nazirliyi (MN) Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı təkliflərlə çıxış edib. Onun sözlərinə görə, rəsmi İrəvan Bakı ilə delimitasiya və demarkasiyanın hazırlıq mərhələsinə dair Rusiya MN-in təkliflərinə razılıq verib. Baş nazir vurğulayıb ki, Rusiya MN ötən gün onun açıqlamasından sonra öz təkliflərini irəli sürüb: “Mən təsdiqləmək istərdim ki, bu təkliflər bizim üçün münasibdir”.
Paşinyan müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə bu təklifləri reallaşdırmaq üçün təfsilatları dəqiqləşdirməyi tapşırıb. Baş nazir 2021-ci ilin may ayından sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı üç təklifin edildiyini xatırladıb. Politoloqlara görə, Paşinyanın sonuncu açıqlaması Azərbaycan Ordusunun sərhəddə keçirdiyi döyüş əməliyyatının nəticə verdiyini göstərir.
Burada diqqətçəkən məqam Rusiya MN-nin Paşinyanın çıxışından sonra İrəvana hazırlıq mərhələsi ilə bağlı təklifi təqdim etməsidir. Ehtimala görə, Moskva İrəvana “Qarabağ məsələsi”nin sonraya saxlanıldığı və hazırki prioritetin sərhəd olduğunu başa salıb. Hazırdsa sərhədin müəyyənləşməsi məsələsində Bakı və Moskvanın mövqeləri üst-üstə düşür. Açıq qalan məsələ Rusiya MN-nin üç təklifinin nədən ibarət olmasıdır. İstisna deyil ki, bu sərhədin hansı ilin xəritəsinə uyğun aparılmasını özündə ehtiva edir və proses başlamayana qədər aydın olmayacaq.
Paşinyanın “sülh” bəyanatını “Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlu deyib ki, Rusiya münaqişəni Qarabağdan Ermənistan-Azərbaycan sərhədinə keçirməyə cəhd göstərir. Analitikin fikrincə, Kremlin istəyi odur ki, kommunikasiya xətləri açıldığı təqdirdə dəmir yollarına nəzarəti ələ keçirsin:
“Moskva Ermənistan və Azərbaycandan tələb edir ki, onsuz bir addım atılmasın. Nikol Paşinyanın vəziyyəti ağırdır. O, Azərbaycanın ərazi bütövlüyünü tanısa və sülh müqaviləsi imzalasa, müxalifət onu Qarabağı rəsmən satmaqda ittiham edəcək. Rusiya isə missiyasını başa vurmuş Nikolu yola salacaq.
Paşinyan sərhəd məsələsində güzəştə getmək istəmir və düşünür ki, bununla İrəvanın məğlub olduğunu unutdura bilər.
Azərbaycan isə konkret olaraq sərhədlərin delimitasiya və demarkasiyasını, Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. Sərhəddə baş verən son qanlı hadisələrdən istifadə edən Kreml hər iki ölkənin sərhədlərini nəzarətə götürmək niyyətindədir.
Odur ki, sərhəddə lokal toqquşmalar gələcəkdə də davam edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya
Sumqayıt yenidən qara tüstüyə bürünüb - Ekoloqdan SOS
15:28 28.07.2026
Aktual
Minə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb
15:18 28.07.2026
Cəmiyyət
Suriyadan qayıdanlarla işləmək çox ağırdır - Ekspert
14:42 28.07.2026
Cəmiyyət
Quterreş Kiprlə bağlı xəbərdarlıq etdi
14:17 28.07.2026
Dünya
Aİ Ermənistan bazarını açmağa hazır deyil
14:03 28.07.2026
Gündəm