Paşinyan sorğu-suala tutulacaq
Yusif Nəzərli
00:40 02.04.2022
Siyasət
532
Azərbaycan Brüsselə güclü tərəf kimi gedir
"Fərruxda tapılan yeni insan qalıqları Ermənistanın cinayəti kimi masaya qoyulacaq"
Avropa İttifaqının vasitəçiliyi ilə ötən gün Brüsseldə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib. Görüşü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar təşkil edib. Müzakirələrdə Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək əsas məqsəd olub. Xüsusilə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında aprelin 6-da Brüsseldə keçiriləcək görüşə hazırlıqla bağlı müzakirələr aparılıb. Rəsmilər növbəti həftələrdə yenidən görüşmək barədə razılığa gəliblər.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə təxminən bir ay əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransa prezidentinin təşəbbüsü və iştirakı ilə danışıqlar aparıblar. İclas onlayn formada keçirilib. Həmin danışıqlardan sonra Azərbaycan tərəfi 8 erməni əsiri geri qaytarıb. Daha sonra Ermənistanın baş naziri parlamentdə Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası ilə bağlı razılığın əldə olunduğunu bəyan edib. Brüsseldə baş tutacaq görüşlə bağlı ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunu qəbul edərkən Prezident İlham Əliyev də toxunub.
Dövlət başçısı görüşün məhsuldar olacağına ümid etdiyini vurğulayıb: “Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib. Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək”.
Siyasi şərhçi Aqşin Kərimova görə, 10 noyabr bəyanatının hüquqi-siyasi tərəfləri Ermənistan üçün hər hansı güzəşt tanımır və onun üzərinə tələblərlə dolu olan öhdəliklər qoyur. Ekspert vurğulayıb ki, gedişatlardakı müəyyən çətinlik və açıq qalan məsələlərə baxmayaraq, Azərbaycan Brüsselə güclü tərəf kimi gedir. Çünki Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya edildiyi ərazilərin bir hissəsində Azərbaycan 10 noyabr bəyanatının 4-cü bəndini praktiki olaraq icra etdi:
“Söhbət Xocalının Fərrux kəndi və eyniadlı yüksəkliyin separatçılardan təmizlənməsindən gedir. Bu detal Azərbaycanın tələblərinin məzmununu konkretləşdirən haldır. Gələk, məsələnin beynəlxalq dəstək tərəfinə. Ukraynadakı müharibə Qərbin tərəzisində Azərbaycanın çəkisini artırır, çünki ortada enerji amili dayanır. Bundan əlavə Britaniya da Azərbaycanla münasibətləri dərinləşdirmək üçün formullar üzərində çalışır. Ermənistana münasibətdə isə etimad sıfırlanır.
Yəni Azərbaycan beynəlxalq platformada bir-iki cığal mövqeyi çıxmaq şərtilə əhəmiyyətli dəstək qazanır. Gözlənilən Brüssel görüşünə gəlincə, bunu ötən ilin dekabrındakı Brüsseldəki danışığının məntiqi davamı hesab etmək olar. Budəfəki görüşdə də daha çox humanitar motivlər ön planda tutulacaq. Fərruxda tapılan yeni insan qalıqları Ermənistanın cinayəti kimi masaya qoyulacaq və Birinci Qarabağ müharibəsində itkin düşmüş digər azərbaycanlıların taleyi barədə Paşinyan sorğu-suala tutulacaq”.
A.Kərimov qeyd edib ki, Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasına dair təklifləri, sülh sazişi üçün konseptual baxışı masada olacaq:
“Brüsseldə Azərbaycanın Ermənistana sülh üçün təklif etdiyi 5 maddəlik baza prinsipi ətrafında fikir mübadiləsi aparılacaq. Bu maddələr əsasında inşa olunacaq sülh müqaviləsi, onun perspektivinə dair Avropa İttifaqının interpretasiyası öyrəniləcək. Avropa İttifaqının hazırkı mövqeyi Azərbaycanı qane edir. Avropa İttifaqı böyük siyasi ambisiyalardan kənardır və daha çox iqtisadi-siyasi prioritetlərlə Cənubi Qafqazda iştirakını gücləndirmək istəyir. Brüssel danışıqları öncəsi ölkə rəhbəri İlham Əliyev təmkinlidir, çünki nəticənin əldə edilməsi üçün Azərbaycan dövlətinin resursları çoxdur. Paşinyan isə çığırqan və həyasızdır. Bununla o, gələcək məğlubiyyətin carçısına çevrilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət