Sözəbaxan müxalifət parlamentdən kənarda qaldı. Qarşılıqlı ittihamlar, söyüşlər hələ irəlidədir. Nikol Paşinyan xarici siyasət və təhlükəsizlik məsələlərində naşıdır. Məhz Paşinyanın Qarabağla bağlı təxribatçı açıqlamaları müharibəni yaxınlaşdırdı və Azərbaycanın qələbəsini təmin etdi. Paşinyan bu müddətdə Moskvanın əsəbləri ilə oynadı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibini həbs etməklə qurumun imicinə zərbə vurdu”.
Paşinyan yenə başa keçdi...
05:17 04.08.2021
Siyasət
474
Elxan Şahinoğlu: "Qarşılıqlı ittihamlar, söyüşlər hələ irəlidədir"
“Ermənistan prezidenti parlament seçkisində qələbə qazanan Nikol Paşinyanı rəsmən baş nazir təsdiq etdi. Paşinyan da vaxt itirmədən nazirlərini və parlamentin rəhbər strukturlarını təyin etməyə başladı”.
Bunu "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq"ə açıqlamasında deyib. Ekspert hesab edir ki, yenidən hakimiyyətin başına keçən Paşinyana bu dəfə əvvəlki illərdən çətin olacaq: “Çünki keçən parlamentdə müxalifətin əsas hissəsi ilə dialoq mümkün idi. Paşinyan onları tez-tez iqamətgahına dəvət edir, fikir mübadiləsi aparırdı. “Qarabağ klanı”nın timsalında indiki müxalifət isə Paşinyana qarşı barışmaz mövqedən çıxış edir, ilk gündən parlamentin işini iflic etməyə çalışıblar.
Sözəbaxan müxalifət parlamentdən kənarda qaldı. Qarşılıqlı ittihamlar, söyüşlər hələ irəlidədir. Nikol Paşinyan xarici siyasət və təhlükəsizlik məsələlərində naşıdır. Məhz Paşinyanın Qarabağla bağlı təxribatçı açıqlamaları müharibəni yaxınlaşdırdı və Azərbaycanın qələbəsini təmin etdi. Paşinyan bu müddətdə Moskvanın əsəbləri ilə oynadı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibini həbs etməklə qurumun imicinə zərbə vurdu”.
E.Şahinoğlu qeyd edib ki, Paşinyan daxili siyasətə daha çox maraq göstərir:
“Paşinyanın nəyi də olmasa, onun adı eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyandan fərqli olaraq korrupsiya qalmaqallarında hallanmayıb. Paşinyan islahatlar aparmağa meyillidir. Amma orası da var ki, müharibədə ağır məğlubiyyətin və Ermənistanın verdiyi itkilərin yerini doldurmaq ona çətin olacaq. Ölkəni tərk edənlərin – itirilən işçi qüvvəsinin sayı da artır. Rusiya Paşinyana havayı pul verəsi deyil, Qərbin pulları isə ancaq hələ ki, vədlərdədir. Nikol Paşinyan Ermənistanın iki böyük qonşusu – Türkiyə və Azərbaycanla normal münasibətlərə malik olması reallığını anlayır. Müharibədən sonra bu mövzuda onun müəyyən etirafları da oldu. Fərqli dövlətlərə “gəlin, bizi Azərbaycandan qoruyun” çağırışlarının nəticə vermədiyini həm Paşinyanın özü, həm də erməni cəmiyyəti əyani gördü. Paşinyan Azərbaycanla sülh sazişi imzalamadan və qonşusuyla sərhədləri müəyyənləşdirmədən bölgədəki gərginliyin azalmayacağını da anlamamış deyil. Amma bunları anlamasına rəğmən, o, erməni beyinlərinə hakim olan “türk düşmənçiliyi” stereotipindən qurtulmağa tələsmir. Bundan qurtulmadan isə bölgədəki gərginliyi azaltmaq və islahatlarda nəyəsə nail olmaq mümkün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm