
Paşinyanın anti-Rusiya çıxışları: Daha Moskvaya arxalanmır - ŞƏRH
15:28 14.09.2023
Siyasət
565
Ancaq bu çıxışların arxasında dayanacaq qətiyyətli siyasi iradə heç vaxt olmayıb
“Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin “Politico” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, bunun əsas səbəbi Ukraynadakı müharibədir: “Bu savaş Rusiyanın imkanlarına təsir göstərdi”.
N.Paşinyan etiraf edib ki, həm Azərbaycan, həm də Türkiyə Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələrdir: “Ona görə də Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Biz isə müstəqil, suveren olmaq istəyirik”.
Ermənistanın hökumət başçısı, həmçinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlarını öhdəliklərini yerinə yetirməməkdə ittiham edib: “Onlar öz missiyalarını icra edə bilmirlər. Hərçənd onlar Qarabağda olmasaydı, vəziyyətin necə inkişaf edəcəyini deyə bilmirəm”.
Baş nazirin sözlərinə görə, hazırda artan gərginlik fonunda eskalasiya ehtimalını istisna etmək mümkün deyil: “Ermənistan buna hazırdır. Bununla belə, əgər biz davamlı, əbədi dövlətçiliyə sahib olmaq istəyiriksə, ilk növbədə qonşularımızla münasibətlərimizi nizama salmaq üçün çox ciddi addımlar atmalı və çox ciddi səylər göstərməliyik”.
Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, Paşinyan öz açıqlamaları ilə praqmatik siyasətçi olmadığını artıq sübut edib:

“Onun ziddiyyətli çıxışları siyasi manevr imkanları əldə etməyi hədəfləyən məqsədli addımlardır. Paralel olaraq 2018-ci ildə hakimiyyətə gəldiyi andan etibarən erməni siyasi elitasında və fərqli platformalarda daha çox qərbyönümlü lider olaraq qiymətləndirilir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, onun anti-Rusiya çıxışları heç də təəccüb yaratmır. Ancaq bu çıxışların arxasında dayanacaq qətiyyətli siyasi iradə heç vaxt olmayıb. Hətta Rusiyanın nüfuzunun bu qədər zəiflədiyi bir dövrdə belə biz Ermənistanın bu istiqamətdə davamlı siyasi iradə nümayiş etdirə bilmədiyini aydın şəkildə müşahidə edirik. Digər tərəfdən, Azərbaycan və Türkiyənin həm regional, həm də qlobal sistemdə Rusiya üçün önəmli strateji tərəfdaşlar olması faktı hər kəsə məlumdur. Ancaq onu da unutmamaq lazımdır ki, bu məsələ bəzi məqamlarda danışıqlar prosesinə müsbət təsir etsə də, heç vaxt hadisələrin gedişatına istiqamət verən həlledici məqam olmayıb. Məlumdur ki, artıq regional münasibətlərdə qüvvələr balansı dəyişir. Türkiyənin Cənubi Qafqazda təsir imkanları genişləndikcə Rusiyanın təzyiq mexanizmləri də məhdudlaşır. Heç şübhəsiz ki, belə olduğu halda regionun aparıcı qüvvəsi olaraq Azərbaycan Respublikasının maraqlarının təmin olunması prioritet istiqamətə çevrilir. Nəticə etibarilə, Azərbaycan qarşısına qoyduğu hədəflərə və haqlı tələblərinin yerinə yetirilməsinə bir-bir nail olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya