Paşinyanın islahatları ağrılı bir prosesdir
Paşinyanın islahatları ağrılı bir prosesdir
Yusif Nəzərli
14:02 07.09.2023
Siyasət
668
30 ildir Ermənistanda fəaliyyət göstərən kadrların əksəriyyəti Rusiyada təhsil almış və Kremlə bağlı insanlardır
Ermənistanın icra hakimiyyətində vəziyyət gərgindir. Paşinyan nazirlərdən narazıdır və yaxın vaxtlarda hökumətdə bir neçə şəxsin işdən çıxarılması gözlənilir.
Bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
“İrəvan Ağsaqqallar Şurasına seçkidən sonra vəzifəsini tərk edəcək ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, eləcə də ətraf mühit naziri Akop Simidyan diqqət mərkəzindədir. Lakin icra hakimiyyətindəki mənbələrə görə, Nikol bununla kifayətlənməyəcək. Yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan, həmçinin əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın da öz postlarını tərk edəcəyi planlaşdırılır. Hökumətdə ixtisarlarla bağlı söz-söhbətlərə görə, gərgin vəziyyət yaranıb. Nazirlər nəfəslərini tutub gözləyirlər ki, Paşinyanın növbəti hədəfi kim olacaq, vəzifəsi ilə kim vidalaşacaq? Paşinyan isə tələsmir. O, İrəvan Ağsaqqallar Şurasına seçkini gözləyir və bundan sonra Nazirlər Kabinetində “təmizləmə”yə başlayacaq. Sirr deyil ki, hazırda Paşinyanın demək olar ki, bütün komanda yoldaşları ilə münasibətləri gərgindir. Nikol heç kimə güvənmir və buna görə də tezliklə işdən çıxaracağı nazirlərə əvəzləyici tapa bilmir”, - məlumatda deyilib.
Məsələyə münasibət bildirən politoloq Natiq Miri "Sherg.az"a şərh edib ki, Paşinyanın komandasında tez-tez dəyişikliyin baş verməsi əsasən üç amilə dayanır:
"Birincisi hər zaman Paşinyanın ətrafındakı qüvvələrin Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək təhlükəsidir ki, bu Nikolu ən çox qorxudan amildir. Ona görə də zaman-zaman bu cür dəyişikliklərə gedərək özünə sadiq insanların təyinatına çalışır. Digər tərəfdən təyinat almış yeni nazirlərin bəzən səriştəsizliyi, bəzən də korrupsiyaya qoşulması haqqındakı məlumatlar erməni baş naziri dəyişikliklərə məcbur edir. Çünki hakim partiyanın nüfuzdan düşməsi təkcə Paşinyana yox ümumi komandaya təsir göstərir. Eyni zamanda nazirlərin yerinin dəyişdirilməsi və işdən çıxarılmasının əsas hədəflərindən biri eyni adamın vəzifədə qalmasının qarşısını almaqdan ibarətdir. Əlbəttə ki, bu komanda və partiya daxilində müəyyən narazılıqlar yaradır. Amma yeni insanların cəlb olunması ilə Nikol Paşinyan bunu konpensasiya edə bilir".
Analitik qeyd edib ki, kadr dəyişikliklərinin Ermənistanda hansısa müsbət nəticəyə gətirib çıxarmasını proqnozlaşdırmaq olmaz:
"Çünki bu məsələlərin dərhal nəticə verməsi mümkün deyil. Ümümiyyətlə düşünürəm ki, bu yerdəyişmələr davamlı olacaq. Məsələn, Ermənistan müdafiə naziri Papikyan mülki şəxs olsa da Nikol Paşinyana yaxın adamdır. Hətta Papikyanın təyinatında əsas hədəf Ermənistan ordusunu Rusiyaya tabe zabitlərdən təmizləmək idi. Ancaq illərdir prosesin getməsinə baxmayaraq hələ də Ermənistan Müdafiə Nazirliyi hökümətin tam nəzarətinə keçməyib. Hətta bəzən atəşkəsin pozulması və təxribatlar siyasi komandanın istəkləri xaricində baş verir. Eyni proses digər dövlət strukturlarında da belədir. Ona görə də düşünürəm ki, Paşinyanın islahatları ağrılı bir prosesdir. Çünki 30 ildir Ermənistanda fəaliyyət göstərən kadrların əksəriyyəti Rusiyada təhsil almış və Kremlə bağlı insanlardır. Eyni zamanda hakim partiyanın içinə və Paşinyanın yanına yerləşdirilmiş 100-lə insan var. Bəzən də həmin şəxslərin ifşası fonunda Paşinyan Baş nazir səviyyəsində müdaxilə məcburiyyətində qalır. Düşünürəm ki, İrəvan merliyinə keçirilən seçkinin nəticəsindən asılı olaraq da bəzi dəyişikliklərə ehtiyac olacaq. Çünki Ermənistan əhalisinin böyük əksəriyyəti İrəvanda yaşayır. Ümumiyyətlə adları çəkilən nazirlərin seçkidən sonra vəzifələri ilə vidalaşa bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media