Polineziyalı siyasətçi: Azərbaycanın neokolonizmdən əziyyət çəkən xalqlara dəstəyini yüksək qiymətləndiririk
Polineziyalı siyasətçi: Azərbaycanın neokolonizmdən əziyyət çəkən xalqlara dəstəyini yüksək qiymətləndiririk
14:04 30.05.2024
Siyasət
438
“Bakı Təşəbbüs Qrupunun və Azərbaycanın neokolonizmdən əziyyət çəkən xalqlara dəstəyini yüksək qiymətləndiririk”.
Bunu “Tavini Huiraatira” Partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu Milli Məclisdə keçirilən mətbuat konfransında bildirib.
“Əlbəttə ki, Bakı Təşəbbüs Qrupu təkcə bizə, bizim ölkəmizə yox, müstəmləkə şəraitində yaşayan ölkələrə dəstək verir. Mən hesab edirəm ki, bu təşəbbüslərin tez bir zamanda nəticə verməsi üçün onlar mütləq şəkildə davam etdirilməlidir. Hazırda dünyada müstəmləkəçilikdən əziyyət çəkən bir çox ölkə var. Bakı Təşəbbüs qrupunun həmin xalqlara dəstəyini son dərəcə yüksək qiymətləndiririk. Hesab edirik ki, bu dəstək yaxın zamanda öz bəhrəsini verəcək”.
Konfransda bildirilib ki, Bakı Təşəbbüs Qrupu çərçivəsində Azərbaycanla tərəfdaşlığı genişləndirmək üçün səmərəli işlər görüləcək.
O, həmçinin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Sazişinin Tərəflər Konfransı – COP29-un əhəmiyyətindən danışıb:
“Belə bir məlumatımız var ki, COP29-da kiçik ada dövlətlərinin iştirakı ilə bağlı danışıqlar başlanılıb. Biz də öz növbəmizdə çalışacağıq ki, bu mühüm konfransda iştirak edərək qlobal səviyyədə ətraf mühitin qorunması təşəbbüslərinə öz töhfəmizi verək. Ümid edirik ki, buna nail ola biləcəyik”.
Baş katib ölkəmizin dəstəyinin onlar üçün böyük əhəmiyyət daşıdığını söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya