
Politoloq: ABŞ-nin yeni səfirinin geniş diplomatik təcrübəsi var
Yusif Sultanoğlu
03:53 05.12.2023
Siyasət
528
Libbi əvvəlki fəaliyyətindən dolayı Yaxın Şərqi, Cənubi Qafqazı, Şərqi Avropanı yaxşı tanıyır
ABŞ-Azərbaycan əlaqələrində yaranmış böhran fonunda yeni səfirin atacağı addımlar xüsusi əhəmiyyət kəsb edir
ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gəlib. Bu barədə səfirliyin "X" hesabında bildirilib. Səfirliyin açıqlamasında bu ifadələr yer alıb: “Azərbaycana təyin olunmuş səfir Mark Libbi - xoş gəlmisiniz! Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik”. Xatırladaq ki, bir neçə həftə əvvəl ABŞ Senatı Mark Libbini Azərbaycanda səfir vəzifəsinə təsdiqləyib. ABŞ-nin Azərbaycandakı əvvəlki səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda bitmişdi. Prezident Co Bayden Mark Libbinin Azərbaycanda səfir postuna namizədliyini ötən ilin mayında irəli sürmüşdü. Onun namizədliyi 2022-ci ilin sonunda başa çatdı və bu ilin yanvarında Libbinin namizədliyi ilə bağlı sənəd yenidən Baydenə qaytarıldı. Prezident Bayden həmin gün Libbinin namizədliyini yenidən irəli sürdü. Mark Libbinin namizədliyi 8 noyabr 2023-cü il tarixində səsvermə yolu ilə Senat tərəfindən tam təsdiq edildi. Beləliklə, bir il ərzində vakant qalan ABŞ-nin Azərbaycandakı səfiri öz vəzifəsinin icrasına başlamış oldu. Məlumat üçün bildirək ki, Libbi bu təyinatadək Vaşinqtondakı Milli Müharibə Kollecində çalışırdı. O, 2021-ci ilin iyun ayınadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. Həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub. Bundan əlavə, Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində nəzarətçi və daha sonra Böhranların idarə edilməsi üzrə direktor müavini vəzifəsində fəaliyyətini davam etdirib. Mark Libbi daha sonra Mərkəzi Avropa İşləri Ofisində direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru olub. İngilis, polyak və fransız dillərini bilir. Səfir Libbinin Bakıya gəlişi iki ölkə arasında münasibətlərin gərgin dövrünə təsadüf edib. Məlum olduğu kimi noyabrın 15-də ABŞ Konqresindəki qərəzli dinləmələrdən və amerikalı rəsmilərin Azərbaycan əleyhinə açıqlamalarından sonra Vaşinqton-Bakı münasibətləri gərgin mərhələyə qədəm qoyub.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbinin geniş diplomatik təcrübəsi var. Ekspertin sözlərinə görə, Libbi əvvəlki fəaliyyətindən dolayı Yaxın Şərqi, Cənubi Qafqazı, Şərqi Avropanı yaxşı tanıyır:
"Göründüyü kimi, digər diplomatlardan fərqli olaraq Libbi böhranlı situasiyada daha çevik diplomatik bilik və təcrübəyə malikdir. Hesab edirəm ki, ABŞ-Azərbaycan əlaqələrində yaranmış böhran fonunda yeni səfirin atacağı addımlar xüsusi əhəmiyyət kəsb edir. Yeni səfir lal diplomatiyadan yox, çevik diplomatiyadan istifadə edərək iki ölkə arasında əlaqələrin inkişafına, mövcud problemlərin aradan qaldırılmasına töhfə verəcək".

Analitik vurğulayıb ki, ABŞ-ni təmsil edən səfirlər Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında xüsusi önəmə malik olurlar:
"Səfirlər sözügedən bölgələrdə Ağ Evin siyasətini yürüdürlər. Onların məlumatları, hesabatları Vaşinqtonun region siyasətinin formalaşmasında xüsusi rol oynayır. Şübhəsiz, Azərbaycan da yeni səfirlə normal əməkdaşlıqda maraqlıdır. Rəsmi Bakı çalışacaq ki, ABŞ-Azərbaycan əlaqələri yaxşılaşsın. Əgər Ağ Ev səfirini göndəribsə, deməli, münasibətlərin bərpasında maraqlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm