Politoloq: Cənubi Qafqazda əsas geosiyasi oyunçu Azərbaycandır
12:28 19.12.2023
Siyasət
367
Bakının Qərb platformalarında danışıqlar aparmaq istəməməsi təəccüblüdür, çünki əslində mənəvi qınaqlardan başqa Qərb Azərbaycana heç bir real təzyiq göstərmir.
Bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər üzrə professoru Artur Xaçikyan deyib.
“Bütün ciddi ekspertlər yekdilliklə əmin edirlər: ABŞ öz maraqlarını müstəsna olaraq Azərbaycanda görür. Bir neçə gün əvvəl “Foreign Policy in Focus” jurnalında birbaşa Azərbaycan neft və qazının ABŞ üçün Ermənistandan daha vacib olduğu, Vaşinqtonun regionu Rusiya və İranın təsirindən çıxarmaq məqsədi güddüyünü bildirən məqalə dərc olunub. Qeyd olunurdu ki, ABŞ nümayəndələri Bakını Qafqazda əsas müttəfiqi kimi görür və Azərbaycanın başçılıq etdiyi Qafqazda Vaşinqtonun hökmranlığı olacaq. Bakı ABŞ-ın regiondakı siyasətinin episentrinə çevriləcək”, - o bildirib.
Xaçikyanın sözlərinə görə, Fransa mediası da Qərbin Ermənistana real dəstək verməsi perspektivinin olmamasından yazır:
“Avropa da regionda maraqlarının Azərbaycanın neft və qazı olduğunu açıq şəkildə ortaya qoyub. Əgər Ermənistandakı təbliğat qrupu bunu oxuya bilmirsə, biz kömək edə bilərik. Onlar özlərini qərbyönlü adlandırırlar, amma Qərbdə nə baş verdiyindən xəbərləri yoxdur”.
Artur Xaçikyanın açıqlamalarınına münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a vurğulayıb ki, Cənubi Qafqazda əsas geosiyasi oyunçu Azərbaycandır:
"Siyasi, iqtisadi, enerji, nəqliyyat və demoqrafik xüsusiyyətlərinə görə Azərbaycan regionun lideridir. Tarixən belə bir şərait formalaşıb. Bu səbəbdən də Cənubi Qafqaz və böyük ticarət yolları ilə bağlı hansısa real planlar həyata keçirmək istəyən ölkə Azərbaycanın maraqlarını nəzərə almalıdır. Bu Rusiyaya da, ABŞ-yə da, Fransaya da aiddir".
Politoloq Azərbaycanın Avropa üçün vacib staretiji mövqeydə yerləşdiyini qeyd edib:
"Məhz bu nöqteyi-nəzərdən erməni Artur Xaçikyanın Azərbaycanın regional reallıqları barəsində fikirlər irəli sürür. Hətta ABŞ regionda siyasətini həyata keçirəcəksə, episentrində Bakı olacağı hər kəsə məlumdur. Digər mühim amil Azərbaycanın neft və qaz ölkəsi olmasıdır. Rəsmi Bakı resurslarından milli maraqlarının təminatı üçün ağılla, praqmatizmlə istifadə edir. Azərbaycan Avropa qarşısında qoca qitənin enerji müstəvəsində yaranan problemlər üçün öz imkanlarını və diverfikasiya xüsusiyyətlərini təklif edir. Buda "Cənub Qaz Dəhlizi"-nin əhəmiyyətini bir qədər də artıran amildir. Nəticə etibarı ilə regionda maraqları olan bütün güc mərkəzlərinin hesablaşmalı olduğu mərkəz Bakıdır. Azərbaycanın diqqtəsi və nüfuzu mütləq şəkildə nəzərə alınmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm