Politoloq: "Suriya da Krım kimi Rusiyaya lazımlı bölgədir"
12:00 19.09.2021
Siyasət
563
“Suriya konflikti münaqişə ocaqlarının ən aktivlərindən və maraqların toqquşduğu ən kəskin bölgələrdəndir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Elman Vəliyev deyib.
O qeyd edib ki, burada əsasən Rusiya və Türkiyə maraqları kəsişir:
"Ötən gün Suriya Prezidenti Bəşər Əsəd Kremldə Putinlə görüşüb. Putin həmkarının Suriyada vəziyyətin çox hissəsini nəzarətə götürdüyünü dilə gətirib. Zənnimcə, Kreml İdlib məsələsini də müzakirə edib. Rusiya tərəfi Türkiyəni öz məsuliyyətini yerinə yetirmədiyini dedi. Qeyd edim ki, Türkiyə 2020-ci ildə Rusiya ilə anlaşma imzaladı. Həmin anlaşmaya əsasən Türkiyə İdlibdən HTŞ(Heyət Tahrir Əl-Şam) qüvvələrini çıxartmalıydı. Bunu Türkiyənin üzərinə yıxmışdılar. İşin ən çətin hissəsi də elə budur. Rejim qüvvələrinin, Rusiya qüvvələrinin burnu qanamayacaq. Türkiyə qüvvələri isə HTŞ örgütü ilə mübarizə aparmalıdır. Örgütün də söz ilə çıxması müşkül olduğu üçün məcbur silahlı mübarizə olmalıdır. Kreml görüşündən sonra Rusiya hava hücüm qüvvələrilə yenə İdlibi bombalayıb. Suriya da Krım kimi Rusiyaya lazımlı bölgədir. Krımda seperatçılara dəstək verərək, Suriyada da Bəşər Əsəd qüvvələrinə dəstək verərək mübarizəni davam etdirir”.
Politoloq deyib ki, Türkiyə belə vəziyyətdə tək başına mübarizə aparmamalıdır:
“Çünki bu mübarizə məğlubiyyətlə üzləşə bilər. Suriya Milli Ordusu ilə birlikdə çalışan Türkiyə qüvvələri daha çox müttəfiq cəlb etməlidir. Türkiyənin bölgədə olması təkcə Rusiyanı deyil İranı da, Misiri də narahat etməkdədir. Ancaq Amerika bölgədə Rusiyanın varlığından narahatdır. Bu isə Türkiyə ilə Amerikanı bir-birlərinə yaxınlaşdırır. Türkiyə bu amildən mütləq istifadə etməlidir. Digər bir yandan isə rejim qüvvələrinə, terror örgütlərinə qarşı mübarizə aparan qruplar birləşməli və Türkiyə gücləri ilə daha da sıx çalışmalıdır”.
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil