Praqada Ermənistanın mina terroruna həsr olunmuş sərgi-aksiya təşkil edilib
20:11 23.09.2023
Siyasət
540
Praqa şəhərinin məşhur Vatslav meydanında Ermənistanın ölkəmizə qarşı apardığı mina terrorizmi ilə əlaqədar sərgi-aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sherg.az-a bildiriblər ki, “Elson Grand” təşkilatının üzvü, Azərbaycan diasporunun fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “44 gün... Qəhrəmanlar Azərbaycan naminə canlarını fəda etdilər” yazılmış poster, “Ermənistan, torpaqlarımızı minalandırma!”, “Erməni minaları = müharibə cinayətləri”, “Erməni terrorizmi minalarla davam edir”, “Erməni terrorizminə son!”, “Mina basdırma, ağac ək!” şüarları əks olunmuş plakatlar nümayiş etdirilib. Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədilə şamlar yandırılıb.
Aksiya-sərgi yerli sakinlərin böyük marağına səbəb olub. Sərgi-aksiyanın fotolarını çəkən şəhər sakinlərinə Ermənistanın ölkəmizə qarşı yürütdüyü mina terroru, rəsmi İrəvanın beynəlxalq humanitar konvensiyalarına zidd olaraq dəqiq mina xəritələrini Azərbaycana təqdim etmədiyi, mina təhlükəsinin Qarabağda bərpa-yenidənqurma işlərinin aparılmasına, məcburi köçkünlərin doğma yurdlarına qayıdışına əngəl olduğu, Ermənistanın hərbi təxribatları səbəbindən Azərbaycanın mülki vətəndaşlarının və hərbçilərinin mina qurbanlarına çevrildiyi, bu təhlükənin aradan qaldırılması, separatçıları sülhə vadar etmək naminə Azərbaycanın bir günlük antiterror tədbirləri həyata keçirdiyi barədə ətraflı məlumat verilib.
Aksiyanın gedişində bir neçə erməni qadının təxribat və səs-küy salmaq cəhdi uğursuzluqla nəticələnib. İcma üzvlərimiz onların əsassız iddialarını faktlarla alt-üst ediblər. Bunu gözləməyən erməni qadınlar çarəni aksiya yerindən uzaqlaşmaqda görüblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq