Prezidentin köməkçisi: Suveren ərazilərimizdə boz zonanın olmasına imkan verə bilmərik
14:13 06.09.2023
Siyasət
450
“Təəssüflər olsun ki, Azərbaycanın Qarabağdakı ərazilərində mövcud olan erməni marionet rejiminin başında dayanan rəhbərlər humanitar vəziyyətdən mənafeləri üçün istifadə edərək regiondakı varlıqlarını ölkəmizin suverenliyini qəbul etməyən separatçı qurum şəklində uzatmağa və beynəlxalq ictimaiyyətin səhv məlumatlandırılmasına, dezinformasiya təbliğatına çalışırlar. Bu, həmişə onların xisləti olub”.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News” nəşrinə müsahibəsində bildirib.
“Biz onları dialoqa dəvət etdik, lakin dialoqa “yox” deyirlər. Bu destruktiv addımdır. Onlar həmçinin Azərbaycandan göndərilən ərzaq məhsullarına etiraz ediblər. Qida məhsulunun mənşəyinə görə qəbul etməyəcəklərini bildirdilər. Bu, ayrı-seçkilikdir”, - Prezidentin köməkçisi deyib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan dövlətinin BQXK ilə çox sıx əməkdaşlığı və əlaqəsi var: “Onlar Azərbaycanda fəaliyyət göstərirlər. Biz müntəzəm olaraq əlaqə saxlayırıq və BQXK də bunu çox yaxşı bilir ki, avqustun 5-də Komitənin humanitar konvoyları üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsi barədə razılaşma əldə olunub. Biz yaxın 24 saat ərzində (müsahibə günü, avqustun 31-dən hesablanaraq) Laçın-Xankəndi yolunun tam açılmasını təmin edəcəyik, lakin Azərbaycanın gömrük və sərhəd təhlükəsizliyinə, həmçinin sərhəd nəzarəti rejiminə riayət edilməlidir”.
Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli Bəyanat imzalanandan indiyə qədər, Ermənistan tərəfi Azərbaycanın Qarabağ bölgəsinə hərbi sursat, canlı qüvvə və minaların daşınması üçün Laçın yolundan sui-istifadə edib: “Bu səbəbdən Azərbaycan Ermənistanla sərhəddə Laçın keçid məntəqəsini yaratmağa məcbur oldu. Azərbaycan öz suveren ərazisində hər hansı bir boz zonanın olmasına imkan verə bilməz. Mənim sualım isə bundan ibarətdir: Qanunsuz Ermənistan rejimi niyə ikinci yolun açılmasına qarşı çıxır? Bu o deməkdir ki, onlar hələ də beynəlxalq ictimaiyyətin məsələyə baxışını manipulyasiya edirlər. Yol sivilizasiyadır, mədəniyyətdir. Yolun açılmasına “yox” demək ayrı-seçkiliyin əlamətidir. Bu, dağıdıcı siyasətdir, lakin işğal zamanı artıq keçmişdə qalıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media