
Qalstyan Paşinyanın taktikasından istifadə etməyə çalışır -ANALİZ
Qalstyan Paşinyanın taktikasından istifadə etməyə çalışır -ANALİZ
13:33 31.05.2024
Siyasət
397
Hakimiyyəti devirmək mümkün deyil
Onun baş nazirlə görüşmək tələbi də bundan qaynaqlanır
Ermənistandakı etirazlarda müxalif deputatların da olduğu 226 nəfər saxlanılıb. Buna baxmayaraq, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə paytaxt İrəvanda hökumət əleyhinə aksiyalar davam etməkdədir. Keşiş etiraz çıxışlarına İrəvandakı Müqəddəs Anna kilsəsindən başlayıb. İrəvanın Respublika meydanında keçirilən mitinqdə çıxış edən arxiyepiskop Qalstanyan yalnız son daşqın nəticəsində böyük ziyan görən Lori və Tavuş əyalətlərinə gedən yolların açıq qalacağını bəyan edib. Baqrat Baş nazir Nikol Paşinyanla ancaq həbsxanada görüşəcəyini deyib.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Baqrat Qalstyanın rəhbərlik etdiyi hərəkat hakimiyyəti devirmək üçün yetərli deyil. Onun sözlərinə görə, müxalifətin prosesin “qartopu effekti” yaradacağına dair ümidlərinin perspektivi də zəifdir:
"Hərəkata kilsə rəhbərlik etsə də, erməni ictimaiyyəti bunu 2018-ci ildə devirdiyi komanda olaraq görür. Hakimiyyətin inzibati resurslardan istifadə etmək limiti böyükdür. Hərəkatın baş nazirliyə namizədi din xadimliyini müvəqqəti donduran Baqrat Qalstyan olub. Görünür, kilsə mövcud müxalifət arasından prosesə rəhbərlik edəcək və ictimai rəydə dəstək qazana biləcək namizəd çıxara bilməyib. Burada fikir ayrılığının olduğu erməni müxalifətinin öz arasından çıxacaq siyasi fiqur ətrafında birləşməməsinin, eləcə də siyasətə aktiv müdaxilə edən kilsənin siyasi qüvvələrə tam etibar etməməsinin də rolu var. Namizədin bəlli olması hərəkatın davamlılığını müəyyən qədər təmin edəcək. Lakin Baqratın baş nazir postuna mümkün gəlişi qanuni olaraq mümkün deyil. Ermənistan konstitusiyasına görə, baş nazir yalnız son 4 ildə ölkədə yaşamış vətəndaşlar ola bilər. Baqrat 4 illik tələbə uyğun gəlmir, həm də həm ikili vətəndaşlığı var. Bu tələblərə rəğmən, kilsənin Baqratı namizəd kimi irəli sürməsindəki məqsəd Qərbdə erməni diasporunun dəstəyinin əldə edilməsi görünür".

Ekspertə görə, xaricdə bu hərəkat üzərindən siyasət yürüdən qüvvələr Baqratı müxalifətin birləşdirici fiquru olaraq qəbul edir:
"Qalstyan Paşinyanın 2018-ci il taktikasından istifadə etməyə çalışır, Nikolla görüşmək tələbi də bundan qaynaqlanır. Paşinyanın bu tələblə razılaşması müxalifətin gücünü qəbul etməsi olardı. Özü 2018-ci ildə Sarkisyanı görüş məcbur edərək, devirmişdi. Buna görə eyni taktikanın özünə qarşı istifadəsinə imkan verməyəcəyi bəllidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya Qara dənizdə 5 dronun zərərsizləşdirildiyini açıqlayıb
12:49 11.07.2026
Dünya
Sabah 38 dərəcə isti olacaq - PROQNOZ
12:43 11.07.2026
Ekologiya
İran: Müharibə elm infrastrukturuna 300 milyon dollar zərər vurub
12:30 11.07.2026
Gündəm
Nepalda vəhşi fil eyni ailənin daha iki üzvünü öldürdü
12:11 11.07.2026
Hadisə
Ucarda suda batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı
12:08 11.07.2026
Hadisə
Tehranda partlayış səslərinin səbəbi məlum oldu - YENİLƏNDİ
11:44 11.07.2026
Region
CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır
11:37 11.07.2026
Region
Tehranda partlayış səsləri eşidildi
11:33 11.07.2026
Dünya
Dərman qəbulunda edilən səhv
11:17 11.07.2026
Sağlamlıq
Azərbaycan lideri Monqolustan Prezidentinə təbrik ünvanlayıb
11:06 11.07.2026
Gündəm
Neft bahalaşdı
10:34 11.07.2026
İqtisadiyyat
Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı
10:25 11.07.2026
Gündəm
Azarov: Ukraynada siyasi terror qurbanlarının sayı 150-ni keçib
10:04 11.07.2026
Dünya
Mayamidəki milyonluq mənzilini 1 dollara satdı
09:07 11.07.2026
Şou
Fidan: S-400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir
08:37 11.07.2026
Dünya