"Qarabağ Azərbaycandır və nida" - Prezidentimiz Ermənistan rəhbərliyinə qətiyyətli cavab verdi
Turan
13:47 04.10.2019
Siyasət
1204
“Hazırki mürəkkəb beynəlxalq münasibətlər şəraitində Rusiya-Azərbaycan münasibətləri hər iki ölkənin maraqları kontekstində mühüm əhəmiyyət kəsb edir”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyaya baş tutan işguzar səfəri və Vladimir Putinlə keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər bir daha ondan xəbər verir ki, bu münasibətlərin strateji müttəfiqlik səviyyəsində olması iki ölkənin maraqlarına tamamilə uyğundur:
“Təsadüfi deyil ki, Azərbaycan Prezidenti iki ölkə arasında münasibətlərdən danışarkən bildirdi ki, prezidentlər arasında keçirilən belə görüşlər ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir. Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost və mehriban qonşudur. Münasibətlərin belə yüksək səviyyəsi hazırda mövcud olan mürəkkəb geostrateji çağırışlar kontekstində iki dost və qonşu ölkənin təhlükəsizlik maraqları baxımından da aktualdır. Ona görə də tərəflər arasında “yol xəritəsi”nin reallaşdırılması bu münasibətlərə yeni stimul verir. Prezident İlham Əliyev “Valday” Klubunun fəaliyyətini də yüksək qiymətləndirərək onu dünyanın ən mühüm məsələlərinin müzakirə olunduğu platforma kimi qiymətləndirdi. Həqiqətən də qlobal çağırışlar kontekstində bu klubun fəaliyyəti dünya siyasətinə yeni rakursdan baxmağa imkan yaradan bəlkə də yeganə intellektual platformadır. Ona görə də, Prezidentin səfərini Rusiya-Azərbaycan arasında strateji müttəfiqlik səviyyəsində qiymətləndirilən ikili münasibətlərin gələcək perespektivləri baxımından olduqca önəmlidir”.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev iclasdakı çıxışında ilk növbədə Ermənistanın baş naziri Nikol Paşinyana və onun sərsəm bəyanatlarına qətiyyətli və tutarlı cavab verib:
"Qarabağ Azərbaycandır və nida" sözləri işğalçı ölkənin başı üstündə ildırım kimi çaxdı. Nəzərə almaq lazımdır ki, işğalçı ölkəyə məhz Rusiya Federasiyasından, "Valday” Diskussiya Klubu kimi nüfuzlu platformanın tribunasından cavab verilməsinin özü olduqca ciddi bir ismarıcdır. Prezident İlham Əliyev "Qarabağ xalqı” kimi təxribatçı ifadələrə də cavab verərək qeyd etdi ki, bu, kökündən yanlış ifadədir, yalnız Qarabağ əhalisi var və bu, azərbaycanlı ilə erməni icmasından ibarətdir. Münaqişə başlayanda bu nisbət 75-in 25-ə azərbaycanlıların lehinə olub. Prezident bir daha bəyan etdi ki, problem BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Helsinki yekun aktının prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Prezident İlham Əliyev bu bəyanatla bir daha Azərbaycanın qəti mövqeyini dünya ictimaiyyətinə çatdırdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə