Qaribaşvili: Gürcüstanın Azərbaycan-Ermənistan sülh təşəbbüsü konkret nəticələr verib
14:00 18.12.2023
Siyasət
309
Gürcüstanın Azərbaycan-Ermənistan sülh təşəbbüsü konkret nəticələr verib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili 2023-cü il üzrə hesabatını təqdim edərkən deyib. O, qeyd edib ki, Gürcüstan hökuməti regiondakı tərəfdaşları olan Azərbaycan, Ermənistan və Türkiyə ilə sıx dostluq münasibətləri saxlayır.
“Biz şübhəsiz ki, regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olunmasında maraqlıyıq. Gürcüstan bu məqsədə çatılmasına mühüm töhfələr verir. Bir müddət əvvəl Azərbaycanın Baş naziri və Ermənistanın Baş naziri Gürcüstanda idi və bizim üçtərəfli görüş keçirmək üçün unikal imkanımız oldu. Düşünürəm ki, bu, bizim nail olduğumuz maraqlı bir presedent idi”, - Baş nazir deyib.
Qaribaşvili qonşu ölkələr arasında intensiv səfərlərin edildiyini xatırladıb.
“Mən bir neçə dəfə Azərbaycanda olmuşam, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Gürcüstanda səfərdə olub. Təbii ki, biz Türkiyə ilə də yüksək səviyyəli strateji tərəfdaşlığı və əməkdaşlığı davam etdiririk”, - Baş nazir deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm