
Qərbə meyl etmək Rusiyaya təzyiq yoludur - ŞƏRH
11:40 16.09.2023
Siyasət
645
Ermənistanın 85 Amerika əsgəri ilə təlim keçməsi hələ nə NATO-ya üzv olmaq, nə də Qərbə yönəlmək demək deyil
ABŞ-nin 10-cu diviziyasının komandanı general-mayor Qreqori Anderson və Avropadakı qoşunların əməliyyat qərargahı rəisinin müavini, briqada generalı Patrik Ellis Ermənistanda səfərdədir. Bu barədə məlumatı ABŞ-nin Ermənistandakı səfirliyi yayıb. Bildirilib ki, generallar və ABŞ-nin İrəvandakı səfiri Kristina Kuinn “Days” təlim mərkəzində “Qartal-Tərəfdaş-2023” hərbi təlimlərinin gedişini müşahidə ediblər. Qeyd edək ki, bu təlim sentyabrın 11-də başlayıb və 20-dək davam edəcək. Hərbi tədbirə ABŞ-nin 85, Ermənistanın isə 175 hərbçisi qatılıb. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib ki, ABŞ-nin Ermənistana təhlükəsizlik sahəsində dəstək verməsi Cənubi Qafqazda anti-Rusiya tramplininin yaradılmasına yönəlib: "Vaşinqton açıq-aydın Rusiya əleyhinə tramplin olacaq yeni bir dövlət yaratmaq arzusundadır". Bu arada “Hraparak” qəzeti məlumat yayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə rusiyalı həmkarı Vladimir Putinə zəng vursa da, Kremldə heç kim telefon zənginə cavab verməyib. Məlumata görə, bundan sonra Paşinyan Putinə geniş məktub göndərib: “Hökumətə yaxın mənbə bildirir ki, Nikol bu məktubda Ermənistanda cərəyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb və əmin edib ki, bu proseslər Rusiyaya qarşı yönəlməyib. Paşinyanın ritorikasına baxsanız, sentyabrın 9-dan sonra o, Rusiya ilə bağlı mövqeyini yumşaltmağa çalışıb”.
Politoloq Azər Qasımov "Sherg.az"a bildirib ki, Rusiya və Ermənistan arasındakı son söz duelini tərəflər arasında gərginlik kimi qiymətləndirsələr də, bunun oyun olduğunu hesab etmək olar. Ekspertin sözlərinə görə, Ermənistanın 85 Amerika əsgəri ilə təlim keçməsi hələ nə NATO-ya üzv olmaq, nə də Qərbə yönəlmək demək deyil:

"Ermənistan Qərblə Rusiya arasında manevr edir. Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 1milyard 7 yüz milyon dolları keçib. Qərbə meyl etmək Rusiyaya təzyiq yoludur. Məsələ ondadır ki, Rusiya Ermənistandan onun oyunlarını davam etdirməyi, regionda gərginliyin qalması üçün Azərbaycanla düşmənçilik siyasətini davam etdirməyi tələb edir. Paşinyan isə bu gərginliyin sonda Ermənistan üçün yaxşı heç nə vəd etmədiyini başa düşdüyü üçün Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmağı istəyir. Ona görə də gərginliyin artması elə həddə kimi davam edəcək ki, onu idarə etmək mümkün olsun. Türkiyə Prezidenti Ərdoğanın Paşinyana zəng etməsi də ona dəstək xarakteri daşıyır ki, Rusiyaya qarşı oyunda əli güclənsin. Moskvanın onsuz da onun sözündən çıxan adam və ya ölkə ilə necə hərəkət etdiyi göz önündədir. Ümid edək ki, Paşinyanın və Ermənistanın taleyi Priqojin və ya Ukrayna kimi olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm