Qərbi Azərbaycan İcması Şarl Mişelə cavab verib
Yusif Nəzərli
07:36 13.12.2023
Siyasət
453
Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin “Azadlıq” radiosunda 2023-cü ilin dekabrın 12-də yayımlanmış müsahibədə etnik və dini əsasda ayrı-seçkiliyə yol verməsi ilə bağlı bəyanat yayıb.
"Sherg.az"ın xəbərinə görə, bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərdə milli azlıqlar məsələsi barədə danışan cənab Mişel etnik ermənilərin Azərbaycana qayıtmasından geniş danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıtması haqqında heç bir kəlmə deməyib.
“Xatırladaq ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək vermək, onların orada qalmış evlərini, qəbiristanlıqlarını və mədəni abidələrini ziyarət etmələrinə yardım etmək xahişi ilə Avropa İttifaqına, o cümlədən, şəxsən Şarl Mişelə dəfələrlə müraciətlər edib. Avropa İttifaqı qovulmuş azərbaycanlıların bu müraciətlərinə etinasız yanaşıb.
Avropa İttifaqının bu cür ayrı-seçkili mövqeyi insan hüquqlarına zidd olmaqla bərabər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərir.
Qərbi Azərbaycan İcması Avropa İttifaqını Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməyə, ikili standartlarına, etnik ayrı-seçkilik siyasətinə və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasına mane olan cəhdlərinə son verməyə çağırır”, - bəyanatda vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə