Qərbin məqsədi Rusiyanın təsirini azaltmaqdır
Yusif Nəzərli
00:26 18.02.2023
Siyasət
559
Ermənistana gələcək missiyaya alman polislərin də qatılması vəziyyəti gərginləşdirəcək
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə göndərəcəyi missiyaya Almaniya polisini də cəlb edəcək.
Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Heberştrayt bildirib ki, Federal Nazirlər Kabineti Almaniyanın AB-nin Ermənistandakı yeni missiyasında Azərbaycanla beynəlxalq sərhəddə iştirak etməsi barədə qərar qəbul edib.
Heberştraytın sözlərinə görə, AB missiyasında hüquq-mühafizə orqanının maksimum 15 əməkdaşı iştirak edəcək. Məqsəd isə silahsız patrulların köməyi ilə atəşkəs rejiminə riayət olunmasına nəzarət etməkdir.
Ekspertlərin fikrincə, Fransa və Almaniya hüquq-mühafizə orqanları əməkdaşlarının Ermənistana müşahidəçi qismində gəlməsi həm missiyanın mahiyyəti, həm də Avropa Birliyinin regionda möhkəmlənmək baxımından uzunmüddətli niyyətləri ilə bağlıdır. Yəni missiya formal olaraq mülki xarakter daşısa da, hərbi sferada olan tapşırıqları yerinə yetirəcək.
Politoloq Azər Rəşidoğlu isə missiyada hərbçilərin sayının artmasının yeni gərginliyə səbəb olacağını düşünür. Politoloq “Şərq”ə açıqlamasında deyib ki, Avropa İttifaqı bu qərarı qəbul etməklə sülh müqaviləsini imzalamağı əngəlləyir. Bundan istifadə edən Ermənistan sülh müqaviləsini imzalamağı, Zəngəzur dəhlizinin açılmasını uzatmağa çalışacaq:
“Bakının razılığı olmadan xüsusi missiyanın bölgəyə göndərilməsi reallaşa bilməz. Lakin onu nəzərə alaq ki, missiya bizim deyil, Ermənistanın ərazisində yerləşəcək. Əlbəttə ki, biz bunu razılıqla qarşılaya bilmərik. Missiyada hərbçilərin sayının artması yeni gərginliyə səbəb ola bilər. Fransa jandarmlarından sonra Almaniya polislərinin missiyaya əlavə olunması danışıqların vaxtını uzadacaq. Qərb Rusiyanın zəifləməsindən istifadə edərək, burada öz mövcudluğunu təsdiq etmək, regiona daxil olmaq istəyir. Rusiyanın başının Ukraynada qarışdığını nəzərə alan Qərb Cənubi Qafqazda möhkəmlənmək istəyir. Qərbin məqsədi vəziyyətə nəzarət etmək, öz mövcudluğunu təsdiqləmək, Rusiyanın təsirini azaltmaqdır. Paşinyan Qərbə referanslar edir. Qərb də bu amildən faydalanmaq niyyətindədir. Bakı isə bölgədə yeni gərginliyin yarana biləcəyindən ehtiyat edərək, balans siyasətinə üstünlük verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə