
Qlobal təhlükəsizlik məsələsi prioritetdir -Analitik
02:17 13.08.2024
Siyasət
467
Mərkəzi Asiya respublikaları ilə Azərbaycanın bir-birilərinə daha çox ehtiyacı yaranır
"Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb”. Bu sözləri Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşündə çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək: "Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır".
AMİP Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Oruclu "Sherg.az"a deyib ki, Azərbaycan Türk Birliyinin möhkəmləndirilməsi və inteqrasiyasının dərinləşməsi istiqamətində aktiv rol oynayır. Ekspert bildirib ki, Azərbaycan yeni təşəbbüslərlə və ideyalarla türk birliyinə öz töhfəsini verir:

"Prezident İlham Əliyevin Astanada Mərkəzi Asiya dövlət başçılarının görüşünə fəxri qonaq kimi dəvət edilməsi Azərbaycanın artan nüfuzunun bir daha təsdiqidir. Mərkəzi Asiya regionu zəngin ehtiyatlarına və coğrafi mövqeyinə görə Qərblə Çin arasında rəqabət meydanına çevrilib. Azərbaycan da həmin regiona maraq göstərir. Region investisiya qoyuluşu üçün də cəlbedicidir. Orta Dəhliz nəqliyyat dəhlizi də bu respublikaların əlaqələrinin daha da birləşdirilməsinə stimul verəcək. Azərbaycanla Mərkəzi Asiya türk dövlətlərinin çoxvektorlu əlaqələrinin dərinləşməsi hamı üçün faydalıdır. Həmin dövlətlər Azərbaycan üzərindən Avropaya çıxış imkanı qazanırlar".
Həmsöhbətimiz vurğulayıb ki, son dönəmlər qarşılıqlı işgüzar səfərlər müxtəlif səviyyələrdə intensiv hal alıb və bu, təsadüfi deyil:
"Mərkəzi Asiya respublikalarının işğaldan azad olunmuş ərazilərimizdə, Qarabağda tikinti-bərpa işlərinə fəal və daha geniş şəkildə cəlb edilməsi uğurlu addım olardı. Artan qlobal təhlükəsizlik və sürətli dəyişiklik fonunda Mərkəzi Asiya respublikaları ilə Azərbaycanın bir-birilərinə daha çox ehtiyacı yaranır. Çünki bu ölkələr eyni mövqeyi bölüşürlər. Həmçinin, birgə mühüm layihələrin reallaşmasında da əməkdaşlıq zəruridir. O baxımdan Prezident İlham Əliyevin Almatıya, ümumiyyətlə, Mərkəzi Asiya ölkələrinə mütəmadi səfəri böyük əhəmiyyət kəsb edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya