İslamabad anlaşma memorandumu gözlənilmədən və distant formada imzalandı.
Sherg.az xəbər verir ki, bu haqda siyasi şərhçi Üzeyir Mustafayev deyib. Onun sözlərinə görə,
Cenevrədə imzalanmalı olan sənəd, Parisdə planlaşdırılan vaxtdan 1 gün öncə imzalandı:
"Donald Trampın fikrincə bu formada və cari mətnlə imzalanmış razılaşma ABŞ vergi ödəyicilərini qiymət artımından qoruyur, Şərqə sülhü, dünya iqtisadiyyatına isə stabilliyi gətirir. 
Əgər gözləntilər reallaşsa İran həm bərpa üçün kompensasiya (başqa cür adlandırılma mahiyyəti dəyişmir), həm də çoxillik iqtisadi blokadan çıxış qazanmış olacaq. Müharibə başlayanda qarşıya qoyulan məqsədlər hara, sonda razılağa gələndə əldə edilmiş “uğurlar” hara".
Üzeyir Mustafayev daha sonra qeyd edir ki, bir gün D. Tramp rahatlıqla elan edə bilər ki, onun sosial media hesabları ya oğurlanıb, ya da onun yerinə başqa adamlar fikrini təhrif edilmiş formada ictimaiyyətə çatdırıb. “Regiona sülh gəlir” - ifadəsini işlətmək üçün isə hələ çox tezdir.