Rəsmi Bakı Parisə NOTA VERDİ - Səfir XİN-ə çağırılıb
15:44 28.10.2019
Siyasət
784
Fransa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.
XİN-dən verilən məlumata görə, görüşdə Fransa səfirinə bu ölkənin Overn-Ron-Alplar Regional Şurasının sədri Loran Vokyenin ötən həftə Yerevana etdiyi səfər zamanı Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılan qondarma qurumun “xarici işlər naziri” Masis Mayılyan ilə görüşərək, onunla “birgə bəyannamə” imzalaması ilə bağlı etiraz notası təqdim edilib.
Bəyanatda əksini tapmış çağırışlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə zərbə vurur və onun formatının dəyişdirilməsinə dair işğalçı Ermənistanın mövqeyinə dəstək ifadə edir.
Fransa Respublikasının inzibati məhkəmələrinin bu ölkənin bir sıra bələdiyyə və regional qurumları tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki “hakimiyyət qurumları” ilə imzalanan qeyri-qanuni “saziş”lərin ləğv olunmasına dair qərarlar qəbul etdiyi fonda bu cür “birgə bəyannamə”nin imzalanması, o cümlədən Fransadakı erməni lobbisinin təxribatçı səyləri nəticəsində baş verir.
Xatırladırıq ki, Fransanın yerli hakimiyyət orqanlarının qondarma rejim ilə imzaladığı bu cür qeyri-qanuni “sənədlər” Azərbaycan və Fransanın milli qanunvericiliyi, xüsusilə də Fransa Konstitusiyasının 73-cü maddəsi, “Ərazi Vahidləri Ümumi Məcəlləsi”nin maddələri və 24 may 2018-ci il tarixində Daxili İşlər və Avropa və Xarici İşlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına ziddir.
Avropa İttifaqının aparıcı ölkələrindən və ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransada yerli və regional hakimiyyət orqanları tərəfindən bu cür qanunsuz “sənədlər”in imzalanmasının davam etdirilməsi bu dövlətin qərəzsiz vasitəşilik roluna kölgə saldığı və Aİ-nin digər üzv ölkələrinə mənfi nümunə olduğu Fransa diplomatına qəti şəkildə bildirildi.
Fransa səfirinin diqqəti bu arzu olunmayan tendensiyalara yönəldilərək, ondan ölkəsinin XİN-i qarşısında məsələyə müdaxilə etməsi və Azərbaycan tərəfinə izahat verilməsi istənilib.
Fransa səfiri Z.Qross, öz növbəsində, yerli və bələdiyyə orqanlarının bu kimi çıxışlarının heç bir hüquqi qüvvəyə malik olmadığını və Fransa hökumətinin mövqeyini əks etdirmədiyini bildirib. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Fransa dövlətinin mövqeyinin prinsipial və dəyişməz olduğunu vurğulayıb. Fransa səfiri L.Vokyenin Yerevana etdiyi səfəri proqramının Fransa hökuməti tərəfindən dəstəklənmədiyini, onun qondarma qurumun nümayəndəsi ilə görüşünün səfərin rəsmi hissəsi bitdikdən sonra baş verdiyini və bu zaman Fransanın Yerevandakı səfirinin təmsil olunmadığını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət
Rihanna dayanmaq bilmir!
07:44 03.08.2026
Şou
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
07:07 03.08.2026
Sağlamlıq
Messi dünya çempionatından sonra meydana qayıtdı
06:36 03.08.2026
Futbol
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
05:15 03.08.2026
Aktual
Ariana anoreksiyadan əziyyət çəkir? – Foto
04:34 03.08.2026
Şou
Ölüm xəbərdarlığının fiziki və psixoloji əlamətləri
03:50 03.08.2026
Sağlamlıq
NASA-dan xəbərdarlıq: İri asteroid Yerə yaxınlaşır
03:13 03.08.2026
Cəmiyyət
İran və Səudiyyə rəsmiləri regionu müzakirə etdi
02:32 03.08.2026
Gündəm