Rəsmi İrəvanın sülh sazişinə aid əsas iki "irad"ı var - Tofiq Zülfüqarov
Yusif Nəzərli
12:51 18.09.2023
Siyasət
414
Azərbaycan Prezidenti İlham Əliyevlə 5 oktyabrda Qranada şəhərində keçiriləcək görüşdə hər hansı sənəd imzalanması planlaşdırılmır.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Həqiqətən demək istərdim ki, bəli, Qranadada sənədin imzalanacağını gözləyirik, amma təəssüf ki, yox. Ümid edirik ki, intensiv danışıqlar davam edəcək və problemin həllinə gələcəyik”, - Paşinyan bildirib.
Planlaşdırılan görüşü "Sherg.az"a dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Paşinyanın açıqlamasında müxtəlif səbəblər ola bilər:
"Ermənistan öz mövqeyini dəyişmək niyyətində deyil. Rəsmi İrəvanın sülh sazişinə aid əsas iki "irad"ı var. Birincisi onlar baş tutacaq sülh sazişində Qarabağla bağlı Azərbaycanın öhdəliklərinin göstərilməsini istəyirlər. Yəni qondarma qurumun nümayəndələri ilə aparılacaq danışıqların beynəlxalq təşkilatların vasitəçiliyiylə təmin olunmasına çalışırlar. Həmçinin demək olar ki, Azərbaycanın ərazi bütövlüyünün tanınmasından imtina edirlər".
T.Zülfüqarov əlavə edib ki, Paşinyan Ermənistanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən 1975-ci ilin xəritələri əsasında tanınmasını arzu edir:
"Həmin dövrdə isə Sovet hökumətinin əli ilə Azərbaycanın 10 minlərlə kvadrat kilometr ərazisi Ermənistana verilib. Ümumiyyətlə Ermənistanın (Ararat Respublikasının) ərazisi 9 min kvadrat kilometr idi. Ancaq Sovet İttifaqının dağıldığı dönəmdə isə onların sərhədləri 29 min kvadrat kilometr təşkil etdi. Bu baxımdan demək olar ki, Ermənistan tərəfi Vətən müharibəsindən əvvəlki mövqeyindən dönmək istəmir. Hətta bu kontekstdə münaqişəni davam etdirmək üçün ona dəstəklər var. Amma Paşinyan başa düşmür ki, bu dəstəyin sona qədər olması şübhə altındadır və Ermənistanı təhlükəli yola sürükləyir. Ümumiyyətlə hər zaman olduğu kimi Ermənistan hökuməti danışıqlardan qaçaraq sülh görüntüsü yaratmağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm
Ermənistana 989 ton olan dizel göndərildi
12:07 03.09.2026
Region
Lavrov: Tezliklə Ermənistan və Serbiyanın bu istəyi yox olacaq
11:46 03.09.2026
Dünya
Əl-Nəhyan və Tramp İranı müzakirə etdi
11:26 03.09.2026
Dünya
Luka Modriç "Real Madrid"ə qayıtmaq istəyir
10:54 03.09.2026
Futbol