Rusiya-Ermənistan münasibətlərinin ən gərgin dövrüdür - ŞƏRH
Yusif Nəzərli
14:08 25.09.2023
Siyasət
510
Moskva yaxın vaxtlarda Ermənistan rəhbərliyinin ikitərəfli münasibətlərə xələl gətirən bir neçə bəyanatı ilə bağlı açıqlama verəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Əlbəttə ki, Moskva ilk növbədə reallığa uyğun gəlməyən bir sıra məqamlara diqqətini yönəldir: Ermənistanın Baş naziri Paşinyan və İrəvanın tərəfindən ikitərəfli münasibətlərin inkişafına zidd və əks bəyanatlara. Buna ətraflı cavab yaxın gələcəkdə veriləcək, bir neçə dəqiqə ərzində Rusiya Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı dərc olunacaq”, - o bildirib.
Rusiya və Ermənistan arasında olan hazırkı durumu “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib ki, iki dövlət arasında olan münasibətlər ən gərgin dövrünü yaşayır:
“Bunun əsas səbəbkarı Ermənistanın Baş naziri Nikol Paşinyan və onun etdiyi çıxışlardır. Xüsusilə “La Repubblica” qəzetinə açıqlamasında “bir gün biz sadəcə olaraq ayılıb regionda Rusiyanın olmadığını görəcəyik” fikri Rusiya tərəfindən böyük etirazla qarşılandı. Həmçinin Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri və humanitar yardım göstərməsi Kreml ilə İrəvan arasında münasibətlərin daha da anlaşılmaz vəziyyət almasına zəmin yaratdı. Eyni zamanda Azərbaycanın lokal xarakterli antiterror tədbirlərinin nəticəsində uğursuzluğa düçar olan Ermənistan hökuməti birbaşa Rusiyanı günahlandırdı. Belə olan təqdirdə İrəvan və Kreml arasında münasibətlər tamamilə pozuldu. Digər tərəfdən hazırda İrəvanda Rusiya səfirliyi önündə çıxışlar davam etməkdədir. Onlar Rusiyanı açıq şəkildə ittiham edirlər. Nikol Paşinyan da son müraciətində burada təhlükəsizlik aspektini diqqətə gətirərək strateji səhv etdiklərini dilə gətirir. Bu strateji səhv təhlükəsizlik mövzusunda Ermənistanın Rusiyanın çətiri altına keçməsi ilə bağlıdır”.
İ.Hüseynov qarşıdakı dövrdə Ermənistanın daha çox Qərb tərəfə yönəlməsinin müşahidə olunacağını vurğulayıb:
“Paşinyan Rusiyaya deyil, ABŞ, Fransa və İrana daha çox güvəndiklərini bəyan etməkdən çəkinmir. Bu bəyanatlar təbii ki, Rusiya hakimiyyəti tərəfindən qəbul edilmir. Bundan sonrakı zaman sözügedən iki ölkə arasında gərginliyin daha da artacağını düşünürəm. Rusiya hazırda Ermənistanda hakimiyyət dəyişikliyini arzulayır. Ermənistanda hakimiyyətə qarşı olan nümayişlər öz məntiqi sonluğuna çatarsa, Kreml bu fürsətdən istifadə edərək Rusiya yönümlü namizəd irəli sürəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq