
Rusiya səssiz qala bilməz: Ssenarist Fransadır - RƏY
07:27 06.09.2023
Siyasət
565
Fransanın separatçıları açıq-aşkar dəstəkləməsi regiona müdaxilə və sülhü pozma cəhdidir
Prezident İlham Əliyev Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Görüşdə regionda vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması barədə müzakirələr aparılıb. Dövlət başçısı Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət olunmasına baxmayaraq, onların bundan imtina etdiklərini diqqətə çatdırıb. İqor Xovayev Rusiyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan"Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın sülh prosesini uzatmaqda, real addımlar atmaqdan qaçmaqda məqsədi vaxt qazanmaq, "nəfəsini dərmək" idi. Analitik vurğulayıb ki, Ermənistan son günlərdə İran və Hindistandan külli miqdarda silah-sursat əldə edib. Hətta bizə qarşı İran PUA-larından istifadə də edir:

"Ancaq sonuncu gərginliyin ssenari müəllifi bu dəfə Rusiya yox, Fransadır. Rusiya tərəfi də bundan narahatdır. Çünki istənilən regional məsələdə Moskva özünün iştirakını vacib sayır. Avropa dövlətlərinin müdaxiləsini narahatlıqla qarşılayır. Bu məsələdə Avropa ilə Rusiyanın maraqları üst-üstə düşmür. Rusiyanın sülhlə məşğul nümayəndəsinin ölkəmizə səfərini müsbət dəyərləndirirəm. Fikrimcə, bu kimi görüşlərin müsbət nəticəsi olacaq. Doğrudur, gərginlik var, separatçılar və onların ağaları bütün imkanları ilə hərəkətə keçiblər. Ancaq hər bir halda Azərbaycan öz haqlı mövqeyini və üstünlüyünü qoruyub saxlayacaq. Azərbaycanın ərazi bütövlüyü müzakirə və mübahisə predmeti ola bilməz. Əgər söhbət Qarabağdakı ermənilərin haqq-hüququndan gedirsə, bunu da Azərbaycan özü həll edəcək".
Ekspert diqqətə çatdırıb ki, Fransanın separatçıları açıq-aşkar dəstəkləməsi regiona müdaxilə və sülhü pozma cəhdidir: "Rusiya buna səssiz qala bilməz. Əslində vəziyyətin gərginləşməsinin əsas səbəbi odur ki, Azərbaycan tədricən məsələni həll etməkdədir. Son nöqtəni qoymağa bircə addım qalıb. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması, ermənilərin yoxlanması və canilərin həbsi Fransanın səbrini daşırdı. Azərbaycan separatçıların nəfəsliyini daraltdıqca Paris təngnəfəs olmağa başlayır. Azərbaycanın ermənilərə humanitar yardım yollaması və onların da bunu qəbul etməməsi tam sübut edir ki, Xankəndidə heç bir humanitar problem yoxdur. Əgər hansısa aclıq, qıtlıq varsa, bunu separatçılar özləri qəsdən yaradıblar. Hesab edirəm ki, Türkiyənin də məsələlərə aktiv şəkildə müdaxilə etməsi Fransa kimi kənar qüvvələrin problem yaratmaq cəhdlərinə zərbə ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media