
Rusiyada seçki prosesi: Putinin ən böyük rəqibi niyə həbsdədir?
Yusif Nəzərli
12:39 13.12.2023
Siyasət
397
Rusiyada 2024-cü il martın 17-də keçiriləcək prezident seçkiləri yaxınlaşmaqdadır.
2024-cü il seçkilərindən sonra Rusiya siyasətində nəsə dəyişə bilərmi? Moskvanın Cənubi Qafqaz strategiyasını təsiri necə ola bilər?
Bu barədə “Sherg.az”a danışan tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, Putinin 2024-cü il seçkilərində iştirak etməsi özü-özlüyündə antikonsitutusiya fəaliyyətidir və heç bir legitimliyi yoxdur:
“Çünki 1999-cu ildə hakimiyyətə gətirilən Putin artıq 25 ilə yaxındır Rusiyanın rəhbərliyində olmağa davam edir. Buda Lianid İliçin rekordundan başqa bütün Sovet liderlərinin hakimiyyət müddətini keçməsi deməkdir. 2024-cü il seçkilərində Vladimir Putin böyük səs çoxluğu ilə qalib gələcəyini düşünürəm. Əlbəttə ki, bu günə qədər siyasi fəaliyyəti necə olubsa, o tərzdə də davam edəcəkdir. Amma Vladimir Putinin atdığı addımlar Rusiyanın siyasi çevrələrini qane edirmi ? Rusiyanın hazırki çətin dövrünü yaşamasının əsas səbəbi Putinin yeritdiyi siyasətdir. Bu siyasətlə razı olmayan vətəndaşlar və ya ölkənin yüksək zümrəsi daxil olan çox insan var. O şəxslər mümkün olduğu qədər seçkilərə mane olmağa cəhd göstərəcəklər”.

F. Abbasov seçkilərdə hansısa, müxalifətdən söhbətin gedə bilməyəcəyini vurğulayıb:
“Müxaliflər arasında ən şanslı namizəd sayılan bilinəcək Aleksey Navalnı həbsxanadadır. Putinin digər rəqibləri də ya ölkədən qovulub, ya da həbsdədirlər. Onun üçün böyük ehtimalla Putinin yenidən seçiləcək. Hazırda Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışan ölkələr var. Bunlardan birincisi Ermənistan üzərindən regionda möhkəmləyən çalışan Fransadır. Əgər hakimiyyət əl dəyişərsə, bu istiqamətdə fərqli gedişlər görmək olar. Amma bunlar iqtidarı Putinin itirməsi zamanı gerçəkləşə biləcək hallardır. Putin seçilərsə, hər şey olduğu kimi qalacaq. Hətta Ermənistanın Qərbyönümlü siyasəti üçün cəzalandırılmasına kimi hadisələrin baş tutacağını düşünürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm