Rusiyanın ən nüfuzlu yazıçısı Aleksandr Proxanov: Zal İlham Əliyevi alqışlayırdı
18:18 06.10.2019
Siyasət
619
Azərbaycan Prezidenti İlham Əliyevin nitq söylədiyi Soçidəki “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Rusiyanın ən nüfuzlu yazıçısı, tanınmış ziyalı, siyasi və ictimai xadim, İzborsk klubunun sədri və həmtəsisçisi, “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov da iştirak edib.
AZƏRTAC xəbər verir ki, Aleksandr Proxanov təəssüratlarını Media.az ilə bölüşüb: “Prezident İlham Əliyevin çıxışının əsas ideyası Dağlıq Qarabağ ətrafında münaqişə ilə bağlı idi. Azərbaycan Prezidenti münaqişənin yaranması tarixindən və dalana dirənmiş danışıqlardan ətraflı bəhs etdi. Davam edən hərbi əməliyyatlardan danışdı: onun çıxışından bir müddət əvvəl erməni snayperinin azərbaycanlı dinc sakini öldürməsi barədə informasiya daxil olmuşdu. Prezident İlham Əliyev Yerevanın “Qarabağ Ermənistandır və nöqtə” iddiasını ehtiva edən formuluna digər – “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə cavab verdi.
A.Proxanov qeyd edib: “Ümumilikdə, söhbət Asiyada “hərbi forma” alan yerlərdəki münaqişəli vəziyyətlərdən gedirdi. İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin münaqişələrin nizamlanması məsələsində konstruktiv mövqeyini qeyd edib”.
Agentliyin həmsöhbətinin sözlərinə görə, İlham Əliyevin çıxışı zamanı zalda Ermənistanın nümayəndələri, hər hansı radikallar olmayıb: “Zal alqışlayırdı”.
Aleksandr Proxanov bu yaxınlarda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Nikol Paşinyanın “Qarabağ Ermənistandır” sözlərini pisləyən bəyanatı ilə bağlı sualı da cavablandırıb.
O deyib: “Bizim Prezident bu yaxınlarda Ermənistanın lideri və artıq Soçidə Azərbaycan Prezidenti ilə də görüşlər keçirib. Rusiya getdikcə artan qeyri-sabitliyi tarazlaşdırmağa səy göstərir. Lavrovun sözlərinə gəldikdə isə, burada hər şey aydındır. Əlbəttə, Rusiya XİN –in rəhbəri Paşinyanın bəyanatını pisləməli idi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hindistanda daşqında ölənlərin sayı 85-ə çatıb
19:03 03.08.2026
Dünya
Almaniyada yeni virus yayıldı
18:56 03.08.2026
Sağlamlıq
Baş müşavir: Ərdoğan yenidən namizədliyini irəli sürə biləcək
18:38 03.08.2026
Gündəm
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edəcək
18:25 03.08.2026
Elm və Təhsil
İranda din qanlı rejimin edam maşınına çevrilib - İlahiyyatçı
18:08 03.08.2026
Gündəm
Tramp: Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib
17:57 03.08.2026
Dünya
Ermənistanın yeni hökuməti təsdiqləndi
17:47 03.08.2026
Region
Dövlət komitəsi Kəlbəcərdə qəbiristanlıqlara baxış keçirib
17:41 03.08.2026
Gündəm
Simonyanın gedişi Azərbaycan üçün müsbət siqnaldır - Ermənişünas
17:39 03.08.2026
Gündəm
İyulda hava iqlim normasından yuxarı olub
17:30 03.08.2026
Ekologiya
Çolpon-Ata Bəyannaməsi Türk dünyasının gələcəyinə yol açır - ŞƏRH
17:28 03.08.2026
Gündəm
İsrail Prezidenti: HƏMAS tam tərksilah edilməlidir
16:15 03.08.2026
Dünya
XİN: 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub
16:09 03.08.2026
Gündəm
Zərif: Belə getsə, Çin də İrana qarşı çıxacaq
15:47 03.08.2026
Dünya