Rusiyaya qarşı yeni cəbhə açılır - ŞƏRH
Rusiyaya qarşı yeni cəbhə açılır - ŞƏRH
Yusif Nəzərli
09:19 15.09.2023
Siyasət
441
Paşinyan Rusiyanın onu devirmək istəyi haqda məlumatlara malikdir
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin “Politico” nəşrinə müsahibəsində növbəti dəfə Rusiya əleyhinə açıqlamalar verib. Baş nazir bildirib ki, Ermənistan daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz. Paşinyan deyib ki, Ermənistanın bu vəziyyətdə strategiyası başqalarından asılılığımızı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır: "İrəvanda V.Putinin əsgərlərinin Qafqazda sülhü qorumağa istəkli olub-olmadıqları, ya da bunu edib-etməyəcəkləri mövzusunda narahatlıqlar artır.
Əgər biz daimi və əbədi dövlətə sahib olmaq istəyiriksə, ilk növbədə çox ciddi addımlar atmalı, qonşularımızla münasibətlərimizi yaxşılaşdırmaq üçün çox ciddi səylər göstərməliyik". Baş nazir keçmiş müttəfiqi Rusiyadan asılılığın qırılmalı olduğunu etiraf etməklə yanaşı, həm də etiraf edib ki, Qərb ölkələrinin Ermənistana ehtiyacı olan hərtərəfli dəstəyi təklif etməsi üçün qarşıda uzun bir yol var.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında bildirib ki, Nikol Paşinyanın “Ermənistan artıq özünü qorumaq üçün Rusiyaya arxalana bilməz” sözləri Moskva-İrəvan xəttində hər iki ölkə liderinin daha öncəki açıqlamalarında gizlətməyə çalışdıqları qarşıdurmanın ritorik yox, real olduğunu göstərir. Analitikə görə, Nikol Rusiyadan xilas olmaq istədiklərini açıq şəkildə elan edir:
"Məsələnin heç də erməni baş nazirin qeyd etdiyi kimi, “Ukrayna müharibəsi nəticəsində Rusiya imkanlarının zəifləməsi”ndən və İrəvanın fürsətdən istifadə etməsindən ibarət olduğu inandırıcı görünmür. Çünki Rusiyanın Ermənistanda Paşinyan hakimiyyətinə təsir edə biləcək imkanları hələ də mövcuddur. Maraqlıdır, Paşinyan Rusiyaya qarşı niyə cəbhə açır? Burada birdən çox versiya ön plana çıxır. Paşinyan Rusiyanın onu devirmək istəyi haqda məlumatlara malikdir. Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistanın iradəsindən kənar qərar verilib. Rusiya və Türkiyənin regional məsələləri aktivləşdirməsi, İranın müəyyən yumşalmalarının olması və s. bölgədə yeni və daha böyük proseslərin ola biləcəyi gözləntisini artırır. Qərb Rusiyaya qarşı “ikinci cəbhəni” Gürcüstan üzərindən açmağa nail ola bilmədikdən sonra bu planını Ermənistan üzərindən aktivləşdirir və bunun qarşılığında İrəvana vədlər verilib. Hər üç versiya mümkün görünür. Hərçənd, Rusiyaya qarşı cəbhə açan Ermənistanı hansı ölkənin qoruyacağı da sual altındadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya