Rusiyaya tələb: “Terrorçular Qarabağdan çıxarılmalıdırlar”
Fidan Həmişəyeva
16:07 15.03.2021
Siyasət
931
Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə hərbçilərini göndərmək cəhdlərinə dair açıqlama verib. XİN başçısı bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşündə bildirib.
Nazir həmçinin bölgədə mövcud olan cari vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, gündəlik əsasda insanların həyatı üçün birbaşa təhlükə təşkil edən mina xəritələrinin Azərbaycana verilməsindən imtina edilməsi kimi məsələlər barədə qarşı tərəfə məlumat verib.
Mövcud durumu “Sherg.az”a şərh edən millət vəkili Rasim Musabəyov bildirib ki, Azərbaycan tərəfi bu məsələni çox sərt şəkildə Rusiya hərbi komandanlığı qarşısına qoyub:
“Ortada müəyyən öhədəliklər var. Rusiya komandanlığı Azərbaycandan asılıdır. Onların bütün təminatı Azərbaycan ərazisindən keçir. Ona görə də Rusiya qarşısında məsələ qaldırmaq, müəyyən tələblər irəli sürmək hüququmuz var. Fikrimcə, bu hüquqdan da istifadə edirik.
Ermənilər hər gün zarıyırlar ki, bizim əlimizdə onların girovları var.
Lakin onlar girov yox, terroristdirlər. Əli silahlı hər bir Ermənistan vətəndaşı Azərbaycan ərazisində terrorçu sayılacaq. Həbs olunub uzun müddət dustaqxanaya məhkum olacaq.
Ona görə də ermənilər bu terrorçuların qayıtmasını istəyirlərsə, öhdəliklər götürməli və hərbçilərini ərazilərimizdən çıxarılmalıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət