Saakaşvilinin başına bir iş gəlsə Gürcüstana ciddi problemlər yaranacaq
Yusif Nəzərli
10:34 29.10.2021
Siyasət
552
Ölkənin Qərblə münasibətləri pozulacaq, arxasınca sanksiyalar gələcək
Ukraynanın ombudsmanı Lyudmila Denisova Gürcüstana gedib. Onun səfəri Gürcüstanın keçmiş prezidenti, Ukrayna vətəndaşı Mixeil Saakaşvili ilə bağlıdır. Xalq müdafiəçisi siyasətçinin saxlanıldığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsində olub. O, Saakaşvilinin sağlamlıq durumu və saxlanma şəraiti ilə tanış olub. Lyudmila Denisova Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşviliyə baş çəkəndən sonra jurnalistlərə açıqlamasında deyib ki, onun həyatı sual altındadır.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti ombudsmanın Saakaşvilinin mülki xəstəxanaya yerləşdirilməsi ilə bağlı tövsiyələrini nəzərə almalıdır. L.Denisova qeyd edib ki, siyasətçinin saxlanılması və hüquqlarının müdafiəsinə dair hesabat hazırlayacaq və Ukraynada akkreditə olunmuş səfirlər, Avropa Parlamentinin deputatlarına təqdim edəcək. Ombudsman məsələ ilə bağlı gürcü həmkarı ilə görüşəcək. O, Ukrayna Prezidenti Vladimir Zelenskiylə də görüş tələb edəcəyini bildirib.
Saakaşvili ukraynalı həkimi Maksim Perebeynis Rustavidə jurnalistlərə açıqlamasında isə deyib ki, Mixeil Saakaşvili dünəndən etibarən tibbi nəzarətdən imtina edib. Onun sözlərinə görə, Saakaşvili aclıq aksiyasını yüngülləşdirən analiz və tibbi prosedurların aparılmasına razılıq verməyəcək. Həkim siyasətçini müayinə etməsi üçün ona imkanın yaradılmadığını dilə gətirib. M.Perebeynis M.Saakaşvilinin tibbi nəzarət altında saxlanılmasına ehtiyacın olduğunu vurğulayıb.
Mövzu ilə bağlı politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, Saakaşvilinin tibbi yardımdan imtina etməsi xoş bir hal deyil. Politoloq qeyd edib ki, bu, həm gürcü cəmiyyəti daxilində, həm də Gürcüstanla Qərb ölkələri, xüsusilə də Avropa İttifaqı arasındakı münasibətlərin gərginləşməsinə xidmət edəcək:
"Bu artıq gürcü cəmiyyətində barışığın olmamasını göstərir. Əgər Saakaşvili yardımdan imtina etsə və aclığı davam etdirsə, onun vəziyyəti günü-gündən pisləşə bilər. Onda demək, onun partiyası da hakimiyyətlə razılığa gəlməkdə çətinlik çəkəcək və artıq küçə nümayişlərinin ardı-arası kəsilməyəcək. Hakimiyyətlə müxalifət arasındakı münasibətlər daha da gərginləşəcək. Üstəlik, Mixeil Şaakaşvilinin bu vəziyyətdə olması həmin arada mitinqlərin sayının da effektivliyinin artmasına gətirib çıxaracaq. Bu, birinci məsələdir. İkinci məsələ isə Qərb ölkələri arasındakı münasibətlər pozulacaq.
Belə ki, Qərb ölkələri onsuz da Saakaşvilinin həbsinə görə Gürcüstana narazılığını bildirib. Hətta Ukrayna, Polşa, Litva kimi Gürcüstana mütəffiq olan ölkələr də açıq şəkildə etirazlarını qeyd ediblər. Həm də nəzərə almaq lazımdır ki, Saakaşvili Ukraynanın vətəndaşıdır və Ukrayna dövləti qarşısında müəyyən vəzifələr daşıyırdı. Belə bir halda onun sağlamlığının kəskin pisləşməsi, hətta hansısa şəkildə onun sağlamlığı ilə bağlı nəsə baş verərsə, o zaman çox böyük problem yaranacaq".
T.Rzayev əlavə edib ki, eyni vaxtda bu, Qərblə Gürcüstan münasibətlərinin pozulmasına gətirib çıxaracaq:
"Qərbin Gürcüstana həm maliyyə sanksiyaları, həm də siyasi təzyiqləri artacaq. Ola bilsin ki, bu, Qərbi daha effektiv və daha sərt addımlar atmağa məcbur edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət