Sahibə Qafarova Budapeştdə erməni işğalının dağıdıcı təsirlərindən danışıb
16:06 14.09.2023
Siyasət
413
"Erməni işğalı Azərbaycan ailələrinin həyatına dağıdıcı təsir göstərib, 12 mindən çox insan bu işğalın qurbanı olub".
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Macarıstanda keçirilən 5-ci Budapeşt Demoqrafik Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı nəticəsində bütöv ailələr məhv edilib: "Yüz əllidən çox uşaq valideynlərindən birini və ya hər ikisini itirib, 613 mülki şəxs qətlə yetirilib. Həmçinin Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlı - iki yüz otuz mindən çox ailə öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq, məcburi köçkün və qaçqın vəziyyətinə düşüb. Spikerin sözlərinə görə, bu bir milyon insanın evsiz, işsiz və yaşamaq üçün bütün vasitələrdən məhrum qalması yeni müstəqil ölkə üçün kifayət qədər ağır zərbə olub. Lakin işğalın ağır sosial-iqtisadi yükünə baxmayaraq, Azərbaycan dövləti qaçqın və məcburi köçkün ailələrinin ehtiyaclarını ödəmək üçün bütün lazımi tədbirləri görüb. Azərbaycanın 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına həyata keçirdiyini, ərazi bütövlüyünü bərpa etdiyini xatırladan Milli Məclisin sədri Sahibə Qafarova bu kontekstdə tərəfdaşlarımıza və dostlarımıza, o cümlədən, Macarıstana Cənubi Qafqazda sabitləşmə və dövlətlərarası münasibətlərin qurulmasına davamlı, beynəlxalq hüquqa əsaslanan dəstəklərinə görə təşəkkürünü ifadə edib".
Spiker bildirib ki, torpaqlarımızın işğaldan azad olunması 3000 gənc insanın həyatı bahasına başa gəldi: "Siz sadəcə təsəvvür edin, neçə ailə öz oğullarını və gələcək nəsillərini itirdilər? Torpaqlarımızın azad edilməsi tarixi ədalətin təntənəsidir. Bu həm də otuz il əvvəl uşaq ikən öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq, ata-baba torpaqlarını geri qaytarmaq üçün geri qayıdan gənc nəslin mənəvi və ailə dəyərlərinin qələbəsidir. Bu gün Prezident İlham Əliyevin güclü siyasi iradəsi, rəhbərliyi və xalqımızın qətiyyəti ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır. İşğal illərində Ermənistan demək olar ki, bütün şəhər və kəndləri dağıdıb, bu ərazilərdə Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoyub. 8 şəhər və yüzlərlə kənd, yollar, körpülər, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, evlər tikilir. Keçmiş məcburi köçkün ailələri artıq öz evlərinə qayıtmağa başlayıblar. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq yaxın 3 il ərzində 30 mindən çox ailə bu torpaqlara qayıdacaq. Sosial qayğı "Böyük Qayıdış Proqramı"nın əsas elementidir. Bu məsələ Heydər Əliyev Fondunun və onun rəhbərliyinin gündəmində çox mühüm yer tutur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya