Ermənistanda Dağlıq Qarabağdan olan qaçqınların çoxsaylı sosial problemlər var və bu da ciddi böhran yaradıb”. Armen Sarkisyan Ermənistanda mənəvi-pisoxoloji böhranın yaşandığını isə bu sözlərlə izah edib: “Minlərlə Ermənistan vətəndaşı Rusiya və Amerikaya köçmək barədə düşünür, bilet almağa çalışır. Ermənistandan köç böhranlı miqyas ala bilər””.- Bunları “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün Facebook hesabında yazıb.
Sarkisyanın Paşinyanla “bazarlığı”: “O da Qərblə əməkdaşlığın tərəfdarıdır”
Banuçiçək Kalbalıyeva
11:01 31.03.2021
Siyasət
735
“A. Sarkisyan daErmənistanın Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərinin açılmasının lehinə olmalıdır”
“Ermənistan prezidenti Armen Sarkisyan ölkəsindəki vəziyyəti olduğu kimi qiymətləndirib. O deyib ki, Ermənistan çoxvektorlu böhran içərisindədir: “Dövlət aparatı şok vəziyyətindədir, müharibə sonrası durum ağırdır, pandemiya ilə mübarizə müsbət nəticə vermir”. Emənistan prezidenti Dağlıq Qarabağ mövzusu üzərində ayrıca dayanıb: “Biz Dağlıq Qarabağın əksəri ərazisini və minlərlə gəncimizi itirmişik.
Ermənistanda Dağlıq Qarabağdan olan qaçqınların çoxsaylı sosial problemlər var və bu da ciddi böhran yaradıb”. Armen Sarkisyan Ermənistanda mənəvi-pisoxoloji böhranın yaşandığını isə bu sözlərlə izah edib: “Minlərlə Ermənistan vətəndaşı Rusiya və Amerikaya köçmək barədə düşünür, bilet almağa çalışır. Ermənistandan köç böhranlı miqyas ala bilər””.- Bunları “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün Facebook hesabında yazıb.
Politoloq prezidentin sözügedən bəyanatını “Sherg.az”a şərh etdi:
“Ermənistan prezidentinin dedikləri həqiqətdir. Ancaq o, bu həqiqətləri səsləndirməklə parlament seçkisi öncəsində nə demək istəyir və ya hansı güclərə üstünlük verdiyini nümayiş etdirməyə çalışır?
Fikrimcə, prezidentin bu açıqlamasının baş nazir Nikol Paşinyana bir zərəri yoxdur. Paşinyan prezidentin vurğuladığı böhrandan çıxış yolu kimi qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasını təklif edir.
Əks halda Ermənistanda böhran dərinləşməkdə davam edəcək. Armen Sarkisyan isə hazırkı böhranı bənd-bənd sadalamaqla Paşinyana dolayısıyla dəstək vermiş olur. Armen Sarkisyanın Böyük Britaniya ilə sıx bağlılığı var, keçmişdə bu ölkənin pasportuna sahib olub.
O, bir müddət Paşinyanın təlimatı əsasında baş qərargah rəisinin istefası qərarını təsdiq etməməyinə rəğmən, baş nazirlə toqquşmaya da getmədi, müxalifətdən məsafə saxladı.
Çünki erməni müxalifətinin əksər hissəsi Rusiyaya vassallıq siyasətinə üstünlük verir. Armen Sarkisyan isə Paşinyan kimi Qərblə də əməkdaşlığın tərəfdarıdır. Deməli, o da gələcəkdə Ermənistanın Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərinin açılmasına tərəfdar olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya