Səməd Seyidov Rusiya XİN başçısının müavini ilə görüşüb
15:13 21.12.2023
Siyasət
336
Dekabrın 21-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşüb.
Milli Məclisdən APA-ya verilən xəbərə görə, Səməd Seyidov bildirib ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı hörmətə əsaslanan sıx münasibətlər mövcuddur. Çoxəsrlik tarixə malik olan Azərbaycan-Rusiya münasibətləri ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələrinə söykənir. Hər iki ölkə prezidentinin rəhbərliyi ilə dövlətlərimiz arasındakı strateji tərəfdaşlıq yeni səviyyəyə yüksəlib. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri də dinamik inkişaf edir və bu sahədə parlamentlərarası dostluq qruplarının xüsusi rolu var.
Səmimi görüşə görə təşəkkürünü bildirən Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Rusiya Azərbaycanla qarşılıqlı münasibətlərin inkişafında maralıdır. O, ölkələrimiz arasında mövcud olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin əhəmiyyətindən danışıb, ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığını yüksək qiymətləndirib. Qonaq 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın bütün müddəalarının həyata keçirilməsinin və tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini qeyd edib. O, həmçinin Rusiya və Azərbaycan arasında parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.
Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region